Vildabetes

Şəkərli diabet əleyhinə

Vildaqliptin 50 mq  + Metformin hidroxlorid 1000 mq

Beynəlxalq patentləşdirilməmiş adı : Metformin+ Vildaqliptin

Tərkibi:

Təsiredici maddələr:1 örtüklü tabletin tərkibində 50 mq vildaqliptin, 780 mq metforminə  ekvivalent  1000 mq metformin hidroxlorid

Köməkçi maddələr:mikrokristallik sellūloza (Avicel PH 102), susuz laktoza, Pavidon K30,natrium nişasta qlükolat, maqnezium stearat

Farmakoloterapevtik qrupu :

Şəkərli diabet əleyhinə dərman  vasitələri .   Qanda qlükozasəviyyəsini  aşağı salan oral kombinə olunmuş dərman vasitələri

Farmakoloji xüsusiyyətləri:

24 saat ərzində 2-ci tip diabetli xəstələrdə qanda qlükoza konsentrasiyasına daha effektiv nəzarət etməyə imkan verir.

Vildagliptin - Pankreas adacıqlarının stimulyatorları ,dipeptidil peptidaz-4 (DPP-4) inhibitorları sinfinə aid olub   qlükaqon tipli peptid tip 1 (GLP-1) və qlükozadan asılı insulinotrop polipeptidi (GIP) parçalayan  DPP-4 fermentini seçici şəkildə inhibə edir.  DPP-4 aktivliyinin sürətli və tam inhibəsi gün ərzində bağırsaqdan sistemli dövriyyəyə GLP-1 və GIP-nin həm bazal, həm də qida ilə stimullaşdırılan sekresiyasını artıraraq, pankreasın beta hüceyrələrinin qlükoza həssaslığının artmasına səbəb olur ki, bu da qlükozadan asılı insulin ifrazının yaxşılaşmasına səbəb olur.

Metformin (hidroxlorid şəklində )- biquanid sinfinin nümayəndəsi olub qaraciyər tərəfindən qlükoza istehsalını , həmçinin  bağırsaqdan qlükozanın udulmasını azaldır və periferik toxumalar tərəfindən qlükoza qəbulunu və istifadəsini artırmaqla insulin müqavimətini azaldır. Metformin glikogen sintetaza fermentinə təsir edərək hüceyrədaxili qlikogen sintezini induksiya edir və müəyyən membran qlükoza nəqli zülalları (GLUT-1 və GLUT-4) vasitəsilə qlükoza nəqlini gücləndirir. Metformin həm yeməkdən əvvəl, həm də yeməkdən sonra plazma qlükoza konsentrasiyasını azaldaraq, tip 2 diabetli xəstələrdə qlükoza tolerantlığını yaxşılaşdırır. Sulfonilur  törəmələrindən fərqli olaraq, metformin nə 2-ci tip diabetli xəstələrdə, nə də sağlam insanlarda (xüsusi hallar istisna olmaqla) hipoqlikemiyaya səbəb olmur.

İstifadəsinə göstərişlər:

  • 2-ci tip diabetli yetkin xəstələrdə qlikemik nəzarəti yaxşılaşdırmaq üçün pəhriz və idmana əlavə olaraq göstərilir:
  • metformin hidroxlorid monoterapiyası fonunda kifayət qədər nəzarəti olmayan xəstələrdə;
  • artıq ayrı-ayrı tabletlər şəklində vildaqliptin və metformin hidroxlorid kombinasiyası ilə müalicə alan xəstələrdə;
  • şəkərli diabetin müalicəsi üçün digər dərmanlarla, o cümlədən insulinlə birlikdə, adekvat qlikemik nəzarət olmadıqda.
  • Obezlik və ya aşırı çəki ilə bağlı şəkərli diabet
  • Kardiovaskulyar xəstəliklər ilə yanaşı şəkərli diabet

Əks göstərişləri:

Metformin və ya vildagliptinə qarşı fərdi həssaslıq

Kəskin və xroniki böyrək xəstəlikləri

Qaraciyər çatışmazlığı

Damarlararası kontrast maddələrin istifadə edildiyi prosedurlardan əvvəl və ya sonra

İstifadə qaydası və dozalar

Vildabetes ilə hipoqlikemik terapiyanın dozası, mövcud terapiyaya, terapiyanın effektivliyinə və xəstənin dözümlülüyünə əsaslanaraq fərdi olaraq seçilməlidir, lakin vildaqliptinin tövsiyə olunan maksimum gündəlik dozası 100 mq-dan çox olmamalıdır. Vildabetes qəbulu gündə 2 dəfə  50 mq/1000 mq tabletlərlə, bir tablet səhər, digəri axşam saatlarında başlana bilər.

Maksimal dozada metforminin monoterapiyası fonunda adekvat nəzarətə nail olmayan xəstələr: Vildabetes preparatının başlanğıc dozasına gündə iki dəfə 50 mq vildaqliptin (ümumi gündəlik doza 100 mq) və artıq qəbul edilmiş dozada metformin daxil edilməlidir.

Buraxılış forması:

N 30 tablet, 10 tablet Alu- Alu blisterlerdə. 3 blister , içlik vərəqi ilə birlikdə  karton qablaşmada.

İstehsalçı : EGYPTİAN  Group for pharmaceuticals industries

Azərbaycanda rəsmi distribütor:  Healpro MMC  

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo