Vunderkid

Appetite

150 ml

Tərkibi: Hər 5 ml-də.

Təsiredici maddələr:

L-Arginin  – 250 mq,Dəmir  – 13 mq,L-Karnitin -100 mq,Vitamin C  - 70 mq,L-Lizin  – 25 mq,Gəndəlaş meyvə ekstraktı - 25 mq,Sink  – 5 mq,Manqan – 0.85 mqVitamin B3 – 10 mq,Vitamin B5 – 4 mq,Vitamin  B12 – 1.5 mkq,Vitamin B1  – 1mq,Vitamin B2 – 0.9mq,Vitamin A -240 mkq,Vitamin B6 – 0.5 mq,Vitamin B7 – 15 mkq,Vitamin B7 – 15 mkq,Vitamin B9 – 15 mkq,Vitamin B3 – 10 mq,Vitamin B5 – 4 mq, Selenium  – 50 mkq,Yod – 70 mkq,Natrium Molibdat – 35 mkq,Xrom – 60 mkq,Vitamin D3 – 10 mkq (400 IU)

Köməkçi maddələr: Deionlaşdırılmış su , Saxaroza , Qliserin , Polisorbat 80 , Limon turşusu   , Natriuam Benzoat  , Kalium sorbat , Ərəb saqqızı  , Portağal dadlandırıcısı , Qarışıq meyvə dadlandırıcısı .Ksantan saqqızı  , Natrium hidroksid

Farmakoloji xüsusiyyətləri:

Gəndəlaş meyvə ekstraktı  -immunitet sistemini gücləndirir, antioksidant təsir göstərir.Həzm sisteminin sağlamlığına müsbət təsir göstərir. Lifli quruluşu sayəsində həzm sisteminin nizamlı işləməsini dəstəkləyir və bağırsaq hərəkətlərini tənzimləyir.

L-Arginin - Arginin zülalının sintezində və hüceyrə böyüməsində də çox faydalı olan bir amin turşusudur. L-arginin insan orqanizmində müxtəlif biokimyəvi reaksiyalarda iştirak edir. O, həmçinin ürək-damar sağlamlığı, mitoxondrial funksiya, kalsiumun daşınması, oksidləşdirici stress və skelet əzələlərinin bərpası kimi həyati funksiyaları ehtiva edir

L-Lizin – Böyümə və inkişaf üçün çox əhəmiyyətlidir. Orqanizmdə sümük və əzələ böyüməsi üçün lazımi kalsium sorulmasını təmin edir. Eyni zamanda yağların enerjiyə çevrilməsi prosesində iştirak edir. Kollagen, testosteron, insulin, antikor kimi hormonlar istehsal edərək, zədələnmiş toxumaları bərpa edir.

L-Karnitin - Antihipoksant ,regenerator, metabolik və iştahartırıcı təsirə malikdir

Dəmir - Orqanizmdə hemoqlobinin əsas tərkib komponenti olan dəmirin defisitini aradan qaldırır. Dəmir defisitli anemiya (DDA) iştahın azalması ilə əlaqələndirilir. Qrelin hormonu iştahın əsas tənzimləyicilərindən biridir.   Klinik tədqiqatlar göstərir ki,DDA-nın müalicəsi zamanı dəmir iştahı artırır və qrelin səviyyəsini aşağı salır.

Vitamin C - İmmun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq, virus və bakteriyaya qarşı immun cavabı təmin edərək, orqanizmin infeksiyalara və allergenlərə qarşı olan davamlılığını artırır. Güclü antioksidant, antiaqreqantdır. Dəmirin sorulmasında iştirak edir . Orqanizmin müqavimətini yaxşılaşdırır.

B qrupu vitaminləri - Bədənin enerji istehsalı, karbohidrat və yağ mübadiləsi, qan hüceyrələrinin böyüməsi və inkişafı kimi bir çox sistemdə mühüm rol oynayır. Hüceyrə sağlamlığını tənzimləyir, iştah açıcı təsir göstərir ,həzm sistemini yaxşılaşdırır,ishalın  qarşısını alır

D3 vitamini - Fosfor,kalsium mübadiləsində iştirak edir, nazik bağırsaqdan Ca və P-nin mənimsənilməsini, böyrək kanalcıqlarından onların geri reabsorbsiyasini, qandan Ca-un sümüyə keçməsini təmin edir. Boy artımını, sümüklərin möhkəmlənməsini, dişlərin sağlamlığını dəstəkləyir.

Sink - Uşaqlarda  daha çox ehtiyac duyulan mineraldır və orqanizmdə bir çox metabolik funksiyalardan məsul olan 300-dən çox fermentin tərkibinə daxildir.

Manqan -  Sümüklərin və birləşdirici toxumanın inkişafı və böyüməsi üçün lazım olan mineraldır.

Xrom - Qan şəkəri və xolesterin səviyyələrini idarə edir və balanslaşdırır.

Molibden - Bir çox fermentlərin quruluşunda iştirak edir. Bu mineral xüsusilə sümük və diş quruluşu üçün vacibdir.

Yod -Yod mineralının çox hissəsi qalxanabənzər vəzdə olur və tiroid vəzinin funksiyalarını tənzimləyir. Yod zehni funksiyalar, normal böyümə və inkişaf, enerji istifadəsi və çəkiyə nəzarət, beyin və sinir sisteminin nizamlı işləməsi kimi qalxanabənzər vəzinin təsir etdiyi əsas funksiyalarda mühüm rol oynayır.

Selen - Güclü antioksidant olub immun sistemini gücləndirir və xərçəng riskini azaldır. Hüceyrələri qoruyur və qocalmanı gecikdirir.

İstifadəsinə göstərişlər:

  • Orqanizmin vitamin – mineral balansını bərpa etmək məqsədilə
  • Anoreksiya, iştahsızlıq
  • Zəif qidalanma
  • Asteniya
  • Kütləvi virus və bakterial infeksiyaların yayılması zamanı
  • Görmə patalogiyası
  • Sinir mənşəli xəstəliklər
  • Əqli yükləmə dövründə

İstifadə qaydası və doza:

4-14 yaş arası uşaqlar: 5 ml gündə 1 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə 2 dəfə.

Əks göstərişləri: 

Məhsulun hər hansı bir komponentinə qarşı yüksək həssaslıq

Buraxılış forması: Şərbət

Qablaşdırma forması: 150 ml şüşə flakonda, karton qutu qablaşmada

Yararlılıq müddəti: 2 il

İstehsalçı: Vefa İlaç, Türkiyə

Azərbaycanda rəsmi distribütor: Healpro MMC

 

 

 

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo