Çaytikanı yağı
100% ilk soyuq sıxım
100 ml
Tərkibi:
100 ml-də
Rafinə olunmuş çaytikanı yağı- 64, 4 q
Rafinə olunmuş günəbaxan yağı – 27,6 q
Təbii Beta- Karotin – 50-55 mq %
Farmakoloji xüsusiyyətləri:
Tərkibi 300-dən 1000-ə qədər karotinoidlər, tokoferollar, sterinlər, fosfolipidlər, vitamin K, həmçinin qliseridlər – olein, linol, palmitolein, palmitin və stearin turşuları ilə zəngindir.Həmçinin, yağı iltihabəleyhinə və antibakterial, yumşaq toxumalara regenerasiyaedici təsir göstərir, alkoqol intoksikasiyası zamanı qaraciyər hüceyrələrini də bərpa edir. Yağ mübadiləsini tənzimləyir, qaraciyərdə zülalların miqdarını artırır, aterosklerozun inkişafının qarşısını alır.
Çaytikanı yağı dəri və selikli qişaların regenerasiyasını stimulyasiya edərək yanıqların, trofik xoraların, mədə və 12-barmaq bağırsaq xoralarının sağalmasını sürətləndirir. Bakterisid və ağrıkəsici təsir göstərir. Lipid mübadiləsini tənzimləyir, qanda xolesterinin miqdarını azaldır. Sinir sistemində serotonin miqdarını artırır, depressiyanı aradan qaldırır. Vitamin C ilə zəngin olduğu üçün çaytikanı yağı yanıqlar zamanı kollagen sintezini artırır. Orqanizmə ümumi möhkəmləndirici təsir göstərir, antioksidant və sitoprotektor effekt verir. Çaytikanı yağı sərbəst radikalların yaranma intensivliyini azaldır və beləliklə hüceyrələrin membranlarını zədələnmədən qoruyur. Bütün bu sadaladığımız effektləri çaytikanı yağının tərkibindəki karotin (provitamin А), tokoferol (vitamin Е) və digər yağda həll olan zəngin vitamin tərkibi hesabına edir. Bu yağ omeqa-3 və omeqa-7 yağ turşuları ilə zəngin olduğu üçün dəri səthini günəş altında ultrabənövşəyi şüaların zərərli təsirindən qoruyur.
İstifadəsinə göstərişləri:
Əlavə təsiri: Fərdi allergik reaksiya
Əks göstərişləri: xolesistit, öddaşı xəstəliyi, pankreatit, diareya.
İstifadə qaydası :
Buraxılış forması : 100 ml şüşə flakonda yağ
İstehsalçı :Spesialist 000, Rusiya .
Azərbaycanda rəsmi distrubitor : Healpro MMC
Sizə geriyə zəng etmək üçün müraciət edin