Losyon
150 ml
Tərkibi:
Zink Oksid-5%, kalamin-15%
Köməkçi maddələr:
Deionized Water, Monopropylene Glycol, Glycerin, Disodium EDTA, Paraffinum Liquidum, Glyceryl Stearate SE, Cetyl Stearyl Alcohol, Bentonite, Phenoxyethanol (and) Ethylhexylglycerin, Iron Oxide Red Iron Oxide Red, Lactic Acid.
Farmakoloji xüsusiyyatləri:
Kalamin və sink oksidi əsasında hazırlanmış losyondur. Kalamin müxtəlif zədələnmələr və arzuolunmaz kosmetik təsirlər zamanı dərini bərpa etmək üçün unikal xüsusiyyətlərə malik nadir mineraldır. Calamine Losyonunun aktiv komponentləri quruducu, bərpaedici və sakitləşdirici xüsusiyyətlərə malikdir.
Dəridə qızartıları aradan qaldırır .Dəri üzərində qoruyucu təbəqə əmələ gətirməklə ətraf mühitin qıcıqlandırıcı təsirindən qoruyur və regenerasiya proseslərini sürətləndirir. Losyon dərini ləkələmir və istifadə zaman yanma hissi yaratmır.
İstifadəsinə göstərişlər:
İstifadə qaydası:
Flakon çalxalanır. Pambıqlı çubuq vasitəsilə nöqtəvari səpgilərin üzərinə çəkilir, quruması üçün gözlənilir. Daha böyük sahələrə pambıqla çəkilir. Gündə 1-5 dəfəyə qədər istifadə oluna bilər.
Buraxılış forması: Losyon, 150 ml
Əks göstərişlər: Məhsulun hər hansı bir komponentinə qarşı yüksək həssaslıq
Qeyd:
Yaş məhdudiyyəti yoxdur,tərkibində spirt yoxdur.Göz ətrafına tətbiq etmək olmaz
Yalnız xaricə istifadə olunur.
İstehsalçı: Türkiyə, Unirex Healthcare
Azərbaycanda rəsmi distribütor: Healpro MMC
Sizə geriyə zəng etmək üçün müraciət edin