Bactobliss

Oral probiotik

№ 10 tablet

Tərkibi :                       

Hər 1 sorma tabletdə:

Streptococcus salivarius - K12- 1,0 x 109 cfu,

Vitamin D3- 200 IU ( Sµg)

Köməkçi maddələr: Fruktoza , Maltodekstrin , Silikon dioksid, Maqnezium duzlan , ciyələk dadlandırıcısı

Farmakoloji xüsusiyyətləri :

Bactoblis  ağız boşluğu mikrobiotasını dəstəkləyən probiotik ştamları və vitamin D-dən ibarət  xüsusi tərkibə malikdir .

Streptococcus salivarius K12 (sağlam uşağın tüpürcəyindən alınmış) ağız boşluğunda istifadə üçün nəzərdə tutulmuş probiotikdir. . Streptococcus salivarius növləri həm də bakteriosinlərin və ya patogenlərə qarşı geniş təsir spektrinə malik " təbii antibiotiklərin " əsas təbii istehsalçısı kimi qiymətləndirilmişdir

Xüsusi K12® ştammı :

  • ağız boşluğunu və nazofarenksi effektiv şəkildə kolonizasiya edir
  • YTYİX-də iştirak edən tipik patogenləri (o cümlədən Streptocococcus pyogenes , Streptococcus pneumoniae və Moraxella catarrhalis ) inhibə edən maddə -bakteriosinlər istehsal edir.
  • antiviral maddələrin (INF-qamma) istehsalını stimullaşdırır.
  • ,patogenlərdən qoruyur və immun müdafiəni stimullaşdırır.

Vitamin D  kalsium və sümük homeostazının funksiyalarından əlavə, anadangəlmə və adaptiv immun reaksiyaların modulyasiyasını əhatə edən mühüm funksiyalara malikdir.İmmun sisteminin hüceyrələri D vitamininin aktiv metabolitini sintez etmək qabiliyyətinə malik olduğundan, yerli immunoloji mühitdə avtokrin fəaliyyət qabiliyyətinə malikdir. D vitamini çatışmazlığı autoimmun xəstəliklərin əmələ gəlməsinə və infeksiyaya qarşı həssaslığın artmasına gətirib çıxara bilər. Uşaqlarda bu formula (Bactoblis®) ilə aparılan çoxsaylı klinik tədqiqatlar tənəffüs yollarının infeksiyalarının müalicəsində və qarşısının alınmasında  effektivliyini təsdiqlədi və buna görə də YTYİX -nə yeni terapevtik yanaşma təklif edildi. 

İstifadəsinə göstərişlər :

  • tənəffüs yollarının infeksiyalarının profilaktikası
  • soyuqdəymə və qrip zamanı
  • stress
  • ağız boşluğu mikrobiotasını qorumaq və bərpa etmək məqsədilə
  • antibiotiklərin istifadəsinə ehtiyacı azaltmaq və yan təsirlərin qarşısını almaq məqsədilə

İstifadə qaydası:

4 yaşdan yuxarı uşaqlar və böyüklər 1 tablet gündə 1 dəfə

Qeyd:Xəstəliklərin müalicəsi və qarşısının  alınması məqsədi ilə istifadə oluna bilməz.

Əks göstərişlər:

Məhsulun komponentlərinə qarşı yüksək həssaslıq.

Buraxılış forması: № 10  sorma tablet, 1 blisterdə , karton qutuda.

İstehsalçı: Serbiya, Medico Domus d.o.o

Azərbaycanda rəsmi distribütor: Healpro MMC.

 

 

 

                               

 

 

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo