Larifan Sprey

Sprey

30 ml

Tərkibi:

Təsiredici maddələr:

İkispirallı ribonuklein turşusu (isRNT)– 2 mq

Köməkçi maddələr:0.9% Natrium Xlorid məhlulu  (0.9% NaCl solution)

Farmakoloji xüsusiyyətləri:

Larifan spreyi ağız boşluğu üçün nəzərdə tutulmuş tibbi vasitədir.Larifan sprey udlaq və yuxarı tənəffüs yolları vasitəsilə virus infeksiyasının orqanizmə daxil olmasının qarşısını almaqda effektiv təsir göstərir.Larifan spreyi ağız boşluğunda, farenksdə və yuxarı tənəffüs yollarında qıcıqlanma, iltihab və ağrılar zamanı istifadə üçün tövsiyə olunur.

Larifan sprey -təbii mənşəli bakteriofaqla yoluxmuş E.coli hüceyrələrindən biotexnoloji yolla  alınmış iki zəncirli RNT-dir. isRNT – endogen  interferon induksiyasında iştirak edərək antiviral və antibakterial təsirlər göstərir. Larifanın əsas funksiyası orqanizmi mobilləşdirilmiş və aktivləşdirilmiş immunitet mexanizmləri ilə təbii fəaliyyətini tənzimləməkdir .Larifan sprey  immun hüceyrələrini ( limfositləri, makrofaqları, sitotoksik hüceyrələri və s). aktivləşdirir. İmunomodulyator təsir göstərərək ağız boşluğu , boğaz  və burunun  infeksiyalarında istifadə olunur.Spreyi müalicə və profilaktika məqsədilə istifadə etmək olar. Kimyəvi antiviral preparatlarla müqayisədə Larifanın üstünlüyü onun geniş antiviral spektri və immunosupressiv xüsusiyyətlərin olmamasıdır.

İstifadəsinə göstərişlər:

  • Yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri  (angina, faringit, tonzillit, laringit).
  • Rinitlər (kəskin, xroniki)
  • Ağız boşluğunun selikli qişasının infeksion xəstəlikləri ( stomatit , aftoz yaralar)

İstifadə qaydası və dozası :

Gündə 3-4 dəfə 4-5 püskürtmədən istifadə olunur. İstifadə müddəti  2-3 gündür. Ağız və burun boşluğuna tətbiq oluna bilər.

Hazırlanma qaydası:

Plastik flakonda olan 2 ədəd 0,9% NaCL 30 ml şüşə flakona boşaldılaraq çalxalanır. Hazır məhlul dondurulmuş halda 3 ilə qədər öz keyfiyyətini itirmir.

Əks göstərişləri: 

Məhsulun tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

Saxlanma şəraiti: Quru, sərin və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Buraxılış forması: toz + məhlul

Qablaşdırma forması:1 x 2 ədəd 5ml plastik flakon + 30 ml şüşə flakon, karton qutu qablaşmada

İstehsalçı: Larifan Ltd, Latvia

Azərbaycanda rəsmi distribütor: Healpro MMC

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo