Larifan Ungo

Məlhəm

5 q tub

Tərkibi:                                                          

Təsiredici maddələr:

İkispirallı ribonukleyin turşusu (irRNS) -1,25 mq

Köməkçi maddələr: Natrium xlorid (Sodium chloride), Metilparahidroksibenzoat (Methyl parahydroxybenzoate), Propilparahidroksibenzoat  Propylparahydroxybenzoate ), Lanolin (Lanolin anhydrous), Parafin ( Paraffin, hard ), Vazelin yağı  (Vasaline oil), Pentaerititol diolat (Pentaerythritol dioleate), Təmiz su ( Water purified)

Farmakoloji xüsusiyyətləri:

Larifan ungo nun tərkibindəki patentləşdirilmiş   isRNT dərinin və dodaqların  infeksion xəstəliklərdən   təbii müdafiə  reaksiyasını artırır. isRNT – endogen  interferon induksiyasında iştirak edərək antiviral və antibakterial təsirlər göstərir. Larifanın əsas funksiyası orqanizmi mobilləşdirilmiş və aktivləşdirilmiş immunitet mexanizmləri ilə təbii fəaliyyətini tənzimləməkdir.Yerli olaraq immun sistemi aktivləşdirir, bakteriya və virusların artmasının qarşısını alır. Virus əleyhinə təsiri virusun replikasiyasını inqibə edən bir sıra hüceyrədaxili fermentlərin aktivləşməsi ilə bağlıdır. Immunomodulyasiya təsiri ilk növbədə immun sisteminin hüceyrə reaksiyalarının güclənməsi ilə bağlıdır. Bu da viruslara, hüceyrədaxili parazitlərə və şiş transformasiyasına məruz qalmış hüceyrələrə qarşı immun cavabın effektivliyini artırır. Bu CD8+ T-kilerlərin, NK-hüceyrələrin (təbii kilerlərin) aktivləşməsi, B-limfositlərin və onların anticisimlərinin diferensiasiyasının güclənməsi, monositar – makrofaqal sistemin və faqositozun aktivləşməsi, eləcə də I tip histouyğunluq kompleksinin molekullarının ekspressiyasının artması hesabına əldə olunur.  Interferon təsiri altında bütün selikli qişa qatlarında olan leykositlərin aktivləşməsi onların patoloji ocaqlarının aradan qaldırılmasında aktiv iştirak etməsini təmin edir. Burun dəliklərinin ətrafına və dodaqlara tətbiq olunduqda viral və bakterial respirator xəstəliklərdən qoruyur.

İstifadəsinə göstərişlər:

  • Dəri və dodaq  infeksion xəstəliklərində ( herpes simplex , herpes zoster virusları, bakterioloji infeksiyalar)
  • Respirator xəstəliklərin profilaktikasında
  • Yoluxucu xəstəliklərin epidemiyaları zamanı

İstifadə qaydası:

Gündə 1-2 dəfə təmiz dəriyə, dodaq və burun dəliyi ətrafına  nazik qat  çəkilir.

Buraxılış forması: məlhəm, qablaşdırma forması 5 q tubda, karton qutu qablaşmada

Əks göstərişlər: Məhsulun tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

İstehsalçı: Larifan Ltd, Latvia

Azərbaycanda rəsmi distribütor: Healpro MMC.

 

 

 

 

 

                    

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo