Larifan Peso

Yerli immunomodulyator                        

(N5 pessari)

Tərkibi:

1 pessari-də

Təsiredici maddələr:

İkispirallı ribonuklein turşusu (irRNS)  -1,5 mq

Köməkçi maddələr: Natrium xlorid (Sodium chloride), Metilparahidroksibenzoat (Methyl parahydroxybenzoate), Propilparahidroksibenzoat (Propylparahydroxybenzoate ), Lanolin(Lanolin anhydrous), Kakao yağı (Cocoa butter), Təmiz su ( Water purified)

Farmakoloji xüsusiyyətləri:

Larifan pesonun əsas funksiyası orqanizmi mobilləşdirilmiş və aktivləşdirilmiş immunitet mexanizmləri ilə təbii fəaliyyətini tənzimləməkdir.isRNT – endogen  interferon induksiyasında iştirak edərək antiviral və antibakterial təsirlər göstərir. Yerli olaraq immun sistemi aktivləşdirir, bakteriya və virusların artmasının qarşısını alır. Virus əleyhinə təsiri virusun replikasiyasını inqibə edən bir sıra hüceyrədaxili fermentlərin aktivləşməsi ilə bağlıdır. Immunomodulyasiya təsiri ilk növbədə immun sisteminin hüceyrə reaksiyalarının güclənməsi ilə bağlıdır. Bu da viruslara, hüceyrədaxili parazitlərə və şiş transformasiyasına məruz qalmış hüceyrələrə qarşı immun cavabın effektivliyini artırır. Bu CD8+ T-kilerlərin, NK-hüceyrələrin (təbii kilerlərin) aktivləşməsi, B-limfositlərin və onların anticisimlərinin diferensiasiyasının güclənməsi, monositar – makrofaqal sistemin və faqositozun aktivləşməsi, eləcə də I tip histouyğunluq kompleksinin molekullarının ekspressiyasının artması hesabına əldə olunur.  Interferon təsiri altında bütün selikli qişa qatlarında olan leykositlərin aktivləşməsi onların patoloji ocaqlarının aradan qaldırılmasında aktiv iştirak etməsini təmin edir. 

Larifan Peso yerli müqaviməti gücləndirərək cinsi yolla keçən xəstəliklərin (viruslar, bakteriyalar) qarşısının alınmasına kömək edir. Larifan peso papiloma, kandiloma, herpes  virusları ilə zədələnmələr zamanı interferon induksiya etmə qabliyyətinə malikdir. Uşaqlıq boynunun displaziyası zamanı selikli qişanın regenerasiyasını sürətləndirir. Yerli ağrıkəsici təsir göstərir.

İstifadəsinə göstərişlər:

  • Uşaqlıq yolunun selikli qişasının qıcıqlanması və xroniki ağrıları.
  • Uşaqlıq boynunun selikli qişasının displaziyası ( 1 ci və 2 ci mərhələ)
  • Genital ziyillər
  • Cinsi yolla keçən xəstəliklərin (viruslar, bakteriyalar) qarşısının alınmasında
  • İmmun defisit fonunda yaranan infeksiyaların (papiloma, kandiloma, herpes) müalicə və profilaktikasında .

İstifadə qaydası və dozası:

1 pessari (şam) 5-10 gün yatmazdan əvvəl uşaqlıq yoluna yeridilir.

Alınmış effekti stabil saxlamaq üçün 5 həftə müddətində hər həftə 1 pessari (şam) məsləhət görülür.

Əks göstərişləri: Məhsulun tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

Buraxılış forması: №5 şam, karton qutu qablaşmada

İstehsalçı: Larifan Ltd, Latvia

Azərbaycanda rəsmi distribütor: Healpro MMC

 

 

 

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo