BayBay

Night damla     

50 ml                                              

Tərkibi :

Çobanyastığı ekstraktı-1,25 qr, Melissa ekstraktı -2,0 qr,Cökə ekstraktı- 0,3 qr

Köməkçi maddələr : su, natrium benzoate, limon turşusu monohidratı , qlütamin, stevia.

Farmakoloji Xüsusiyyətləri:

Çobanyastığı ekstraktı (Matricaria chamomilllae Flower extract) - tərkibində olan alfa-bisabolol, xamazulen, apigenin, matrisinin hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərir, əsəb, gərginlik hallarını aradan qaldırır, yuxunu bərpa edir və saya əzələ sisteminə spazmolitik təsir göstərərək ürək-damar sisteminin işini yaxşılaşdırır.

Melissa ekstraktı (Melissa officinalis leaf extract) - tərkibi sitralla, sitronella, geraniolla, linaloolla, fenilpropanoidlərlə, xlorogen ve qəhvə turşuları ilə doymuş efir yağları ilə zəngindir. Melissa ekstraktı anksiolitik, antidepresant, spazmolitik, immunomodullaşdırıcı, antiviral, antibakterial və antiallergik təsirlərə malikdir. Bu xüsusiyyətlər melissanın tərkibindəki konkret komponentlərin məsələn: sitronellanın - güclü sedativ təsiri, geraniollanın - spazmolitik təsiri, fenilpropanoidlərin - antibakterial, antiviral, antiallergik və immunmodullaşdırıcı təsirlərindən irəli gəlir. Melissa həmçinin iştah artırıcı, sidikqovucu  təsir göstərir və ürəkbulanmanı aradan qaldırır

Cökə ekstraktı (Tilia cordata Flower extract) - tərkibində efir yağları, C vitamini, Mn, saponinlər, hesperidin, triterpen birləşmə tiliadin, fitonsidlər, flavanoidlər, kversetin, üzvi turşular var. Sedativ təsiri hesabına stres, gərginlik, həyəcanı azaldır, sakitlik yaradır, bununla yanaşı dərin yuxunu təmin etməsi xüsusiyyəti də var. Tərləməni artıraraq toksinləri orqanizmdən xaric edir, sidikqovucu, qızdırmasalıcı təsir göstərir. Spazmolitik təsir edərək saya əzələlərdəki spazmı aradan qaldırır.

İstifadəsinə göstərişləri:

  • Yüksək sinir oyanıqlığı
  • Əsəbi gərginlik
  • Yuxu pozğunluğu, yuxusuzluq, hiperaktivlik
  • Xroniki stres, depressiya
  • Narahatlıq, qorxu, özünə güvənsizlik
  • Psixogen və həyacanlı-nevrotik hallar
  • Qastrointestinal spazm, spastik kolit, pilorospazm

İstifadə qaydası :

İstifadə etməzdən əvvəl yaxşıca çalxalayın.

Gecə yatmazdan 40 dəqiqə əvvəl istifadə edin.

  • 4-10 yaş  uşaqlar -   1 x 40 damcı (1 çay qaşığı)
  • 11 yaşdan yuxarı uşaqlar və böyüklər --  1 x 60 damcı (1,5 çay qaşığı)

Əks göstərişləri :

Məhsulun hər hansı komponentinə qarşı yüksək həssaslıq

Buraxılış forması : 50 ml damcı

İstehsalçı: ENA FARMA, Türkiyə

Azərbaycanda rəsmi distribyutor : Healpro MMC

 

 

 

 

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo