Lipoglin

Hipoqlikemik preparat                                                                   

N30

Tərkibi:

Hər 1 tabletdə -  750 mq

Gimnema yarpaqlarının quru ekstraktı ---- 150 mq

Acı qovun meyvəsinin quru ekstraktı ---- 150mq

Darçın qabığının quru ekstraktı  ---- 125 mq

Alfa – lipoy turşusu     ----- 100 mq

Xrom xlorid       -----  100 mkq

Farmakoloji xüsusiyyətləri :

Gimnema ekstraktı – karbohidrat mübadiləsinin pozulması, şəkərli diabet zamanı geniş tətbiq olunur. Tərkibindəki qlikozidlər (gimnemozid, gimnem turşusu), qurmarin və digər aktiv komponentlər karbohidrat mübadiləsinə müsbət təsir göstərir, qanda şəkərin miqdarını azaldır, beta-hüceyrələr tərəfindən insulinin sintezini artırır, qlukoza və yağ turşularının bağırsaqlardan sorulmasını ləngidir. Gimnema ekstraktı I və II tip şəkərli diabetli xəstələrdə hipoqlikemik effekti sayəsində damar patologiyaları kimi ağırlaşmaların yaranmasının qarşısını alır. Gimnema ekstraktı qlukozanın metabolizmində iştirak edən fermentlərin aktivliyini artırır və metabolizmini sürətləndirir.

Acı qovun meyvəsinin quru ekstraktı –qanda qlükozanın və  xolesterinin miqdarını azaldır. İnsulinin sintezinİ stimulə edir.  Tərkibində böyümə və inkişaf üçün vacib olan fol turşusu, həmçinin az miqdarda kalium, sink və dəmir var. Acı qovun həmçinin katexin, gallik turşusu, epikateşin və xlorogen turşusunun mənbəyidir. Məs bu maddələr güclü antioksidant təsir göstərərək hüceyrələri zədələnmədən qoruyur..  

Darçın qabığının quru ekstraktı   --   qanda şəkəri tənzimləyir, xolesterolu azaldır, qan təzyiqini normallaşdırır, antibakterial xüsusiyyəti ilə infeksiyalara qarşı bədən müqavimətini yüksəldir, Diabet xəstələrində yaraların tez sağalmasını təmin edir, xərçəng əleyhinə xüsusiyyətləri  vardır. Diqqəti artırır və hafizəni gücləndirir,  oynaq iltihabından qaynaqlanmış ağrıları azaldır, baş ağrısı və miqrendə faydalıdır, halsızlığı aradan qaldırır, ömrü uzadır, yaşlanma əlamətlərini gecikdirir. Tərkibində dəmirin səviyyəsi yüksək olduğundan anemiyalarda da faydalıdır.

Alfa – lipoy turşusu  ---- piroüzüm turşusu və alfa-ketoturşularının oksidləşmə fosforlaşma reaksiyalarında koferment funksiyasını yerinə yetirir. Endogen antioksidant sayılır, hüceyrələri maddələr mübadiləsi zamanı yaranan sərbəst radikalların toksiki təsirindən qoruyur.  Endogen antioksidant  qlütationun konsentrasiyasını artırmaqla, polineyropatiyaların nəzərə çarpan simptomplarını azaldır. Hepatoprotektiv, hipolipidemik, hipoxolesterinemik, hipoqlikemik təsir göstərir. Neyronların trofikasını yaxşılaşdırır. Lipoy turşusu ilə insulinin sinergik təsiri nəticəsində qlükozanın utilizasiyası artır.                       

Xrom-- – Orqanizmin fəaliyyətində ən vacib elementlərdən biridir, onun normadan az olması şirin qidalara çox güclü istək yaradır. Belə ki, xrom orqanizmdə şəkər mübadiləsinin tənzimləyici amilidir. Orqanizmdə insulin mübadiləsinin pozulması, piylənmə və xrom defisitinin yaranması ürək xəstəliklərinin əmələ gəlməsinə birbaşa təsir göstərir. Xrom defisiti zamanı qanın tərkibində xolesterin və triqliseridlərin miqdarı artır, arterial damarlarda ateroskleroz inkişaf edir və nəticəsində damarların mənfəzi daralır və işemiya baş verir. Qanın tərkibində olan qlükozanın səviyyəsini birbaşa tənzimləyən faktor xromun miqdarıdır. Orqanizm yaşlandıqca orqanizmdə xroma olan tələbat artır.

İstifadəsinə göstərişləri:

  • Şəkərli diabet I və II tip
  • Metabolik pozulmalarla əlaqədar olan piylənmə
  • Ateroskleroz və onun fəsadlarının kompleks müalicəsində
  • Şəkərli diabetli xəstələrdə ürək-damar patologiyaları kimi ağırlaşmaların kompleks müalicəsində

İstifadə qaydası və dozası: 

Böyüklər: 1 tablet gündə 1-3 dəfə

Əks göstərişləri:

Məhsulun hər hansı komponentinə qarşı fərdi həssaslıq. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Buraxılış forması: 30 tablet

İstehsalçı ölkə: Greenland, Türkiyə

Azərbaycanda rəsmi distribütor: HealPro MMC

 

 

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo