Trianorm

Tiroidin müalicəsi

N30

Tərkibi:

(1 kapsulun tərkibində)
L-tirozin ( L-Tirosine) -----------------------------200mq
Vit E (as DL-Alfa Tocopheryl Acetate)---------10mq
Selen (as Sodium Selenate)------------------------100mkq
Yod (as-Potassium İodate) ------------------------100mkq
Vit D3 (as Cholecalciferol )-----------------------2,5mkq

Farmakoloji xüsusiyyətləri:

L- tirozin insan orqanizmində sintez olunan aminturşudur. L- tirozinin iştirakı ilə qalxanvari vəzin əsas hormonları olan tiroid tiroksin (T4) və triyodtironin(T3) sintez olunur.

L- tirozin eyni zamanda sinir impulslarının ötürülməsində iştirak edən neyromediatorların --noradrenalin , adrenalin və dofaminin sintezində rolu vardır.

Vitamin E güclü antioksidantdır. İnsan orqanizmində maddələr mübadiləsinin normada saxlanılması,  toxumaların adi metobolik prosseslərin səbəb olduğu zədələnmələrdən qorunmasında vacib elementlərdən biridir.

Selen  immun sistemi stimulə edir, qalxanvarı vəzin sərbəst radikallar tərəfindən zədələnməsinin qarşısını alır. Hormonları aktivləşdirən fermentlərin tərkibinə daxildir. Metabolizm zəifləməsi nəticəsində əmələ gələn artıq çəkinin yığılmasına mane olur. Selen insan orqanizmində yodun biotransformasiyasında iştirak edir.

Yod - funksiyası qalxanvarıi vəzin hormonlarının sintezini tənzimləməkdir. Yod, tiroid hormonları tiroksin və triyodotironinin tərkib hissəsi olan həyati vacib bir  elementdir. . Tireoid hormonunun tərkibinin 65%-ni yod təşkil edir. Qalxanabənzər vəzinin hormonları bütün orqan və sistemlərin inkişafında, orqanizmdə metabolik proseslərin tənzimlənməsində iştirak edir. Vitamin D kalsium-fosfor metabolizminin tənzimlənməsində, sinir, ürək damar, hormonal  sisteminin funksiyasının qorunmasında vacib rol oynayır. Əlavə olaraq immun sistemi gücləndirir, iltihab əleyhinə və antioksidant təsirləri vardır.

İstifadəsinə göstərişləri:

  • Hipotireoz
  • Endemik zob
  • Zehni və fiziki fəaliyyətin zəifləməsi
  • Xroniki yorğunluq sindromu
  • Qida rasionunda yod çatışmazlığı

İstifadə qaydası və dozası:

Böyüklər 1 kapsul  gündə 1-2 dəfə

Əks göstərişlər:

  • Hipertireoz
  • Şizofreniya
  • Antidepressantların qəbulu
  • Preparatın tərkibindəki  hər hansı komponentə qarşı hiperhəssaslıq.

Buraxılış forması:  kapsul №30

İstehsalçı: SmartPharm, Türkiyə

Azərbaycanda rəsmi distribütor: HealPro MMC

 

 

 

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo