Nasorinse Plus

Burun  yuma dəsti

N25

Tərkibi:

Natrium xlorid, natrium bikarbonat, hialuron turşusu.

Farmakoloji xüsusiyyətləri:  

NASORİNSE PLUS  burun yuma dəstidir.  Burun və sinusları əhatə edən selikli qişanın yoluxucu agentlərdən, allergenlərdən və qıcıqlandırıcılardan təmizlənməsini  təmin edir. Burun və sinusları əhatə edən selikli qişanın fəaliyyəti  üçün daim sekresiya  əmələ gəlməlidir. Lakin allergiya, infeksiyalar və qıcıqlandırıcılar  sekresiyanın artmasına səbəb olur. Artan sekresiya  burun tutulmasına və sinusit əlamətlərinin meydana çıxmasına səbəb olur. Burun yuyulması ilə infeksiya agentləri, allergenlər və qıcıqlandırıcılar burun boşluğundan uzaqlaşdırılaraq xəstəlik əlamətləri azalır və ya tamamilə aradan qaldırılır. Hialuron turşusu müxtəlif  tədqiqatlarda müsbət nəticələr göstərmişdir. Hialuron turşusu epidermisdə nəmi saxlayan davamlı nazik təbəqə əmələ gətirir . Bu təbəqə ferment və zülalları özünə birləşdirərək homeostazı qoruyur. Hialuron turşusu digər təbii və ya sintetik maddələrdən daha çox su saxlaya bilir (öz həcmindən 1000 dəfə çox).

İstifadəsinə göstərişlər:

  • Burunda quruluq ( hialuron turşusu)
  • Burun  tutulması (qrip və soyuqdəymə)
  • Xroniki öskürəyə səbəb olan burun və sinus xəstəlikləri (infeksion, allergik) olduqda
  • Üzdə təzyiq hissi olduqda (sinusitlərin əlaməti)
  • Burun və sinus əməliyyatlarından sonra
  • Rinitlər (xroniki , kəskin, allergik, atrofik)
  • Sinusitlərin  müalicə və  profilaktikasında
  • Burun gigiyenasının təmin edilməsi məqsədilə istifadə olunur.

İstifadə qaydası :

1- ci addım:   Plastik  qabı tam olaraq içməli su ilə doldurun.

2 - ci addım:   Paketlərdən birini açıb su olan qaba boşaldın. Qapağını bağlayıb möhkəm çalxalayın.

3 - cü addım:  Əl-üz yuyan  çanağın önündə dayanın, başınızı önə əyərək ağzınızı açıq tutun. Plastic qabın qapağını burun dəliyinə yerləşdirin.

4 - cü addım:  Plastik qabı astaca sıxın. Bir qədər sonra məhlul digər burun dəliyindən süzüləcək. Bu zaman nəfəsinizi saxlayın . Digər  burun dəliyi ilə proseduru təkrarlayın.

5 – ci addım: Nəfəs verməklə burun boşluğunda qalan məhlulu çıxarın.

Hamiləlik və laktasiya:

Hamiləlik və laktasiya dövründə   NASORINSE PLUS-un  istifadəsi mümkündür.

Buraxılış forması: N25, saşe

İstehsalçı: Abfen Farma, Türkiyə

Azərbaycanda rəsmi distribütor: HealPro MMC

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo