Vitamin, mineral və mikroelement kompleksi
Tərkibi:
Hər 10 ml-də L-Arginin ( L-Arginine HCL)-250 mq,Kalsium Laktat (Calcium Lactate)-136 mq,Dinatrium Fosfat ( Disodium Phosphate)-105 mg,Vitamin C- Askorbin turşusu (Ascorbic Acid)-100 mq,Qara Gəndalaş meyvə ekstratı(Black Elderberry Fruit Extract)-25 mq,Vitamin E - alfa tokoferol asetat(D-alpha Tocopheryl Acetate)-10 mq.Sink-Qlukonat (Zinc Gluconate)-10 mq.Vitamin B3 -Niasinamid (Niacinamide)-6 mq,Vitamin B5- Kalium pantotenat(calcium pantothenate)-2 mq,Vitamin B1-Tiamin mononitrat(Thiamin mononitrate)-1 mq,Vitamin B6- Piridoksin hidroxlorid( Pyridoxine HCL)-1 mq,Vitamin B2- Riboflavin ( Riboflavin)-1 mq,Vitamin B9-Fol turşusu (Folic Acid)-200 mkq,Maqnezium- Qlukonat(Magnesium Gluconate)-0.5 mq,Vitamin A -Retinil palmitat( Retinyl Palmitate)-0.5 mq,Selenium (Sodium Selenite)-50 mkq,Vitamin K2-Menaxinon 7(Menaquinone 7)-40 mkq,Vitamin D3,Xolekalsiferol(Cholecalciferol)-10 mkq,Vitamin H-Biotin ( Biotin -Vitamin H)-10 mkq,Kalium yodid (Potassium Iodide)-75 mkq,Vitamin B12-Sianokobalamin(Cyanocobalamine)-2.5 mkq.Köməkçi maddələr: Deionlaşdırılmış su (Deionized water), Sorbitol (Sorbitol), Guar saqqızı (Guar Gum),Dinatrium EDTA (Disodium EDTA), Limon turşusu (Citric Acid), Kalium Sorbat (Potassium sorbate), Moruq Aromatizatoru (Rasberry Flavour)
Farmakoloji xüsusiyyətləri:
3 Metabol şərbəti orqanizmin bütün vitamin, mineral və mikroelement çatışmazlığını aradan qaldırmaq üçün xüsusi hazırlanmış preparatdır. Tərkibindəki bütün vitamin, mineral və mikroelementlər bioloji aktiv halda və rahat mənimsəniləcək birləşmələr formasındadırlar. Bütün vitamin, mineral və mikroelementlər orqanizmin gündəlik tələbatına uyğun balanslaşdırılmışdır. Antioksidantlar (vitamin C, E) hüceyrələri zərərli faktorlardan müdafiə edir. Balanslaşdırılmış miqdarda olan B qrupu vitaminləri sinir sistemini möhkəmləndirərək normal fəaliyyətini təmin edir. Sink isə zərərli radikallardan müdafiəni gücləndirir.3 Metabol şərbətinin çox güclü immunostumulyator, immunomodulyator, antioksidant və antihipoksant təsirlərə malikdir. Hər növ avitaminozlar, hipovitaminozlar və mikroelement çatışmazlığı zamanı təyin edilə bilər.
İstifadəsinə göstərişləri:
Vitamin, mineral və mikroelement defisitinin müalicəsi və profilaktikası, eyni zamanda vitamin, mineral və mikroelementlərə tələbatın artdığı hallar.
İmmun sistemin zəifləməsi; kütləvi virus və bakteriyal infeksiyaların yayılması zamanı, profilaktika üçün. Orqanizmin istənilən infeksion və qeyri-infeksion xəstəliklərə qarşı müqavimətinin gücləndirilməsi məksədi ilə.
Cərrahi, somatik və infeksion xəstəliklərin nəticəsində yaranan iştahsızlıq.
Vitamin, mineral və mikroelement defisitinin nəticəsində yaranan göz xəstəlikləri.
Müxtəlif etiologiyalı dermatit və dermatozlar.
İdmanla məşğul olan uşaqlarda artıq fiziki yüklənmə zamanı. Uşaqlarda artıq zehni yüklənmə zamanı.
İstifadə qaydası :
4-10 yaş arası uşaqlar 5 ml gündə 2 dəfə, 10 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə
3 dəfə istifadə olunması tövsiyə olunur
Qeyd:
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Bioloji fəallığa malik qida əlavaləri normal qidalanmanı əvəz etmir.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkim ilə məsləhətləşin.
Dərman vasitəsi deyildir.
Xəstəliklərin müalicəsi və qarşısı alınması məqsədi ilə istifadə oluna bilməz.
Bioloji fəallığa malik qida əlavəsidir.
4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur.
Uşaqların əli çatmayan yerdə saxlayın.
Əks göstərişlər:
Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşın fərdi həssaslıq
Buraxılış forması: Şərbət - 150 ml şüşə flakonda, karton qutu qablaşmada
İstehsalçı: Universe Pharma, Türkiyə
Azərbaycanda rəsmi distribütor: HealPro MMC
Sizə geriyə zəng etmək üçün müraciət edin