İltihab əleyhinə vasitə
N30
Tərkibi:
Hər 1 kapsulda
Serratiopeptidaza (Serratiopeptidase) -80 000 İ.U ( 67 mg)
Soya izoflavonları (Soy isoflavones) – 50 mg
Nattokinaza ( Nattokinase) - 700 FU (40.6 mq)
Köməkçi maddələr: Maltodekstrin ;maqnezium stearat;silikon dioksid; jelatin
Farmakoloji xüsusiyyətləri:
Serratiopeptidaza, serrapeptaza və ya serralizin kimi tanınan proteolitik fermentdir. Serratia növündən olan enterobakteriyalar tərəfindən maltodekstrinin fermentasiyası nəticəsində alınır. Serratiopeptidaza iltihab ocağında bradikinin, histamin və serotoninin miqdarını azaldaraq iltihab prosesini ləngidir. Serratiopeptidaza toxumalarda mikrosirkulyasiyanı yaxşılaşdırır, fibrinoz eksudatın parçalanmasına və reabsorbsiyasına səbəb olur. Plazmin inhibitorlarının fəallığını azaldır, bununla da plazminin fibrinolitik fəallığını artırır. Serratiopeptidaza iltihablı toxumalarda aminlərin azad olmasını aşağı salaraq ağrıkəsici təsir göstərir. Soya izoflavonları – klimakterik mənşəli psixoemosional və vegetativ-damar pozğunluqlarının (isti basmaları, baş ağrısı, uşaqlıq yolunun quruluğu, qeyri-müntəzəm aybaşı, əhval-ruhiyyənin dəyişməsi, ümumi narahatlıq) təzahürünü əhəmiyyətli dərəcədə azaldır. Soya izoflavonları hüceyrə proliferasiyasına, fermentlərin aktivliyinə təsir göstərməklə, həm də antioksidant xassələri sayəsində osteoporozun və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Nattokinaza – subtilizinlər qrupuna daxildir, fibrinolitik xüsusiyətə malik təbii antikoaqulantdır. Fibrinin əmələ gəlməsinin qarşısını alan güclü fermentdir.
İstifadəsinə göstərişləri:
İstifadə qaydası:
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 kapsul gündə 1 dəfə
Əks göstərişlər:
Məhsulun hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.
Buraxılış forması: N30 kapsul
İstehsalçı: Universe Pharma, Türkiyə
Azərbaycanda rəsmi distribütor: HealPro MMC
Sizə geriyə zəng etmək üçün müraciət edin