Tənəffüs rahatlaşdırıcı
10ml
Tərkibi:
1,8 Sineol (Evkaliptol) və Küknar iynəyarpağının yağı.
Farmakoloji xüsusiyyətləri:
Evkalipt yağının faydalı xüsusiyyətləri onun unikal tərkibi ilə bağlıdır. 80% -də sineoldən ibarətdir - təbii antiseptikdir. Tərkibində həmçinin tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə olunan tanninlər, orqanik turşular və digər qiymətli maddələr var. Küknar iynəyarpağının yağ antiseptik, dezinfeksiya edici, bərpaedici, iltihab əleyhinə, ümumi stimullaşdırıcı və bir sıra digər hərəkətlərə malikdir.
İstifadəsinə göstərişləri:
İstifadə qaydası:
İstənilən nəticəni əldə etmək üçün 3-7 gün ərzində gündə 3 dəfə 2-3 damcı Cold-Mix paltarların yaxa sahəsinə və ya yastığa damladılaraq istifadə olunur.
Qeyd:
Cold-Mix inhaliyator damcının 3-4 saat fasilə ilə istifadəsi məsləhət görülür. Xəstəlik mərhələlərində məhsulun istifadəsindən öncə burun boşluğunun girişini tutan seliyin təmizlənməsi Cold-Mix-in burun boşluğunun daxilinə tez çatmasına kömək edir. Ümumilikdə (nəqliyyatda, ev və ofislərdə) dəsmala və ya tənzifə damladılması havaya qarışmasıyla qarşısını ala və ya qoruyucu təsir göstərə bilir. Sauna istifadəsində sauna suyuna damladılır. Tərkibində alkoqol, mentol, kamfora və qətran yoxdur.
Əks göstərişlər:
Boğucu öskürək və bronxial astma .
Xəbərdarlıq:
• Üzə, buruna və ya dəriyə çəkilməməlidir.
• İçmək olmaz, masaj yağı olaraq istifadə edilmir
• Dəriyə, burun boşluğunun daxilinə və ətrafına, qulaq və ağız boşluğuna damlatmaq olmaz.
• Dərman vasitəsi deyil.
• Uşaqların əli çatmayan yerdə saxlayın.
• Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Buraxılış forması: İnhalyator, 10 ml.
İstehsalçı: Ena Farma, Türkiyə
Azərbaycanda rəsmi distribütor: HealPro MMC
Sizə geriyə zəng etmək üçün müraciət edin