Loras sprey

Boğaz spreyi

30ml

Tərkibi:

Spreyin 1 dozası 0,143 qr  bərabərdir

1 qram spreyin tərkibində aktiv maddələr:Sürvə yarpaqlarının mayə ekstraktı-0.04 qr. Meşə əməköməcinin çiçək və yarpaqlarının mayə ekstraktı-0.02 qr. Adi qaraqınıq otunun maye ekstraktı-0,02 qr. Müalicəvi gülümbahar gülünün maye ekstraktı-0.02 qr. Evkalipt yağı-0,001 qr. Nanə yağı-0,0005 qr

Farmakoloji xüsusiyyətlər:

LORAS –iltihabəleyhinə, ağrıkəsici, bürüyücü və antiseptik təsir göstərən spreydir. Xüsusi olaraq müalicəvi dərman bitkilərinin kombinasiyasından yığılmış LORAS spreyi  selikli qişaya təsir göstərərək tez bir zamanda ağrını, qıcıqlanmanı aradan götürür. Sürvə yarpaqlarının maye ekstraktı antiseptik, iltihabəleyhinə və qankəsici xüsüsiyyətlərə malikdir. Meşə əməköməcinin maye ekstraktı bürüyücü, bəlğəm gətirici təsirlərə malikdir. Adi  qaraqınıq otunun maye ekstraktı ağrıkəsicidir. Müalicəvi gülümbahar gülünün maye ekstraktı güclü antibakterial və yarasağaldıcı təsirləri var. Evkalipt yağı iltihabəleyhinə, antibakterial, antiseptik xüsusiyyətlərə malikdir, yaranın sağalmasını tezləşdirir. Nanə yağı iltihabəleyhinə və kapilyarları möhkəmləndirici təsirlərə malikdir.

İstifadəsinə göstərişləri:

  • Angina
  • Tonzillit
  • Faringit
  • Quru öskürək
  • Səs tellərinin iltihabı

İstifadə qaydası:

Bilavasitə selikli qişaya istifadə olunur.

3-6 yaş arası uşaqlara 1 dozadan gündə 3 dəfə

6-12 yaş arası uşaqlara 2 dozadan gündə 3 dəfə

12 yaş və yuxarı olanlara 3 dozadan gündə 4 dəfə

Qeyd:

LORAS-ın qəbul dozası müalicə həkimi tərəfindən dəyişdirilə bilər.

LORAS spreyini qəbul etdikdən yarım saat sonra qida və mayə qəbul olunması məsləhətdir.

Əks göstərişlər:

Spreyin hər hansı bir komponentinə qarşı yüksək hiperhəssaslıq.

Buraxılış forması: Sprey, 30 ml.

İstehsalçı: Dr.Müller Pharma, Çexiya

Azərbaycanda rəsmi distribütor: HealPro MMC

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo