Kafensit

Körpələrdə prematur apnoenin müalicəsi

3ml N10 

Tərkibi:

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 20 mq kafein sitrat (10 mq kafein ekvivalentdir) vardır.

3 ml məhlulun tərkibində 60 mq kafein sitrat (30 mq kafeinə ekvivalentdir) vardır.

Köməkçi maddələr: monohidrat limon turşusu, natrium sitrat dihitrat, inyeksiya üçün su.                                     

Farmakoloji xüsusiyyətləri:

Kafein struktur cəhətdən digər metilksantinlər, teofillin və teobrominlə əlaqəlidir. Təsirlərinin əksəriyyəti, reseptorların bağlanma testlərində göstərilən və bu göstəricidə terapevtik olaraq əldə edilmiş dozalara yaxın konsentrasiyalarda müşahidə edilən, hər iki adenozin reseptorunun A1 və A2A alt tiplərinin antaqonizminə aid edilir.  

Kafeinin əsas təsiri mərkəzi sinir sisteminin stimullaşdırılmasıdır. Bu, kafeinin prematur apnoeyə təsirinin əsas təməlidir. Bunun üçün müxtəlif təsir mexanizmləri təklif edilib:

(1) tənəffüs mərkəzinin stimullaşdırılması, (2) artan dəqiqəlik ventilyasiya, (3) hiperkapniya sərhədinin azalması, (4) hiperkapniyaya reaksiyanın artması, (5) skelet əzələsinin tonusunun artması, (6) azalmış diafraqmatik yorğunluq, (7) metabolizmdə artım və (8) oksigen istehlakında artım.

İnfuziya başladıqdan bir neçə dəqiqə sonra kafeinin təsiri başlayır.

Kafein sitrat tətbiq edildikdən sonra sürətlə beyində yayılır. Erkən doğulmuş körpələrin onurğa beyni mayesindəki kofein konsentrasiyası plazma səviyyəsinə yaxındır. Kafein plasentadan asanlıqla fetusun qan dövranına və ana südünə keçir.

Erkən doğulmuş körpələrdə kafeinin metabolizmi tam inkişaf etməmiş qaraciyər fermentlərinə görə çox məhduddur  və aktiv maddənin böyük hissəsi sidiklə xaric olur. Yaşlı insanlarda qaraciyər sitoxromu P450 1A2 (CYP1A2) kofeinin metabolizmində iştirak edir.

İstifadəsinə göstərişləri:

Hestasional yaşı 28-33 həftəlik olan körpələrdə ilkin prematur apnoenin qısamüddətli müalicəsi üçün istifadə olunur.

İstifadə qaydası:

Kafein sitratla müalicəyə yenidoğulmuşların intensiv müalicəsində təcrübəli bir həkim nəzarəti altında başlanmalıdır. Müalicə yalnız pasiyentlərin nəzarəti və monitorinqi üçün lazımi şəraitin olduğu yenidoğulmuşların reanimasiya şöbəsində aparılmalıdır.

Əvvəllər müalicə olunmamış körpələrdə tövsiyə olunan doza rejimi, bir şpris infuziya pompası və ya digər ölçülü infuziya cihazı istifadə edərək, 30 dəqiqədən çox müddətdə yavaş-yavaş venadaxili tətbiq olunan, bədən çəkisinin hər kiloqramına 20 mq kafein sitrat yükləmə dozasıdır. 24 saatlıq bir fasilədən sonra,  hər  24 saatdan bir 10 dəqiqədən artıq müddətdə yavaş-yavaş venadaxili infuziya yolu ilə bədən çəkisinin hər kiloqramına 5 mq dəstəkləyici doza tətbiq oluna bilər. Alternativ olaraq, peroral yolla bədən çəkisinin hər kiloqramına 5 mq kafein sitrat (məsələn, hər 24 saatdan bir nazoqastral boru ilə) istifadə edilə bilər. 

Kafein sitratın tövsiyə olunan yükləmə dozu və saxlanılma dozaları, inyeksion həcmi ilə tətbiq olunan dozası arasındakı əlaqəni aydınlaşdıran aşağıdakı cədvəldə verilib.

Kafeinin baza dozası, kafein sitrat şəklində ifadə edildiyi zaman dozanın yarısına bərabər olur (20 mq kafein sitrat, 10 mq kafein bazasına bərabərdir). Kafein sitrat venadaxili infuziya və peroral yolla istifadə edilə bilər. Preparat əzələdaxili, dərialtı,  intratekal və ya intraperitonal inyeksiya ilə tətbiq olunmamalıdır.

Qeyd:

Apnoe

Prematur apnoe diaqnozu, apnoenin digər səbəblərinin istisna edilərək qoyulur. Apnoenin digər səbəbləri (məsələn, mərkəzi sinir sistemi pozğunluqları, ilkin ağciyər xəstəliyi, anemiya, sepsis, metabolik pozğunluqlar, ürək-damar anomaliyaları və ya obstruktiv apnoe) kafein sitratla müalicəyə başlamazdan əvvəl istisna edilməli və ya bu səbəblər düzgün müalicə edilməlidir. Bu kafein müalicəsinə yetərsizdirsə (lazım olduqda plazma səviyyələrinin ölçülməsi ilə təsdiqlənən), apnoenin başqa bir səbəbinin göstəricisi ola bilər.

Kafein qəbulu

Doğuşdan əvvəl çox miqdarda kafein qəbul etmiş analardan dünyaya gələn yenidoğulmuş körpələrdə, kafein sitratla müalicəyə başlamazdan əvvəl plazmada başlanğıc kafein konsentrasiyası ölçülməlidir, çünki kafein plasentantadan dölün qan dövranına asanlıqla keçir.

Ana südünə ifraz olunduğu üçün kafein sitratla müalicə olunan yenidoğulmuş körpələrin anaları kafein tərkibli qidalar,  içkilər və ya tərkibində kafein olan dərman vasitələri qəbul etməməlidir.

Teofillin

Əvvəllər teofillinlə müalicə olunan yenidoğulmuş körpələrdə, kafein sitratla müalicəyə başlamazdan əvvəl plazmada başlanğıc kafein konsentrasiyası ölçülməlidir, çünki erkən doğulmuş uşaqlarda teofillin kafeinə metabolizə olunur.

Qıcolma

Kafein mərkəzi sinir sisteminin stimullaşdırıcısıdır və kafeinin həddindən artıq dozada istifadəsi zamanı tutmalar bildirilib. Tutma pozğunluqları olan yenidoğulmuş körpələrdə kafein sitrat çox ehtiyatla istifadə edilməlidir.

Kardiovaskulyar reaksiyalar

Kafenin nəşr olunan tədqiqatlarda ürək döyüntüsünü, sol mədəciyin çıxış və vuruş həcmini artırdığı göstərilib. Buna görə, kafein sitrat, ürək-damar xəstəliyi bilinən yenidoğulmuş körpələrdə ehtiyatla istifadə edilməlidir. Kafeinin həssas insanlarda taxiaritmiyalara səbəb olduğuna dair dəlillər var. Yenidoğulmuşlarda bu ümumiyyətlə sadə bir sinus taxikardiyasıdır. Körpə doğulmazdan əvvəl onun  kardiotokoqraf (KTQ) göstəricisində qeyri-adi bir ritm pozğunluğu varsa, kafein sitrat ehtiyatla istifadə edilməlidir.

Böyrək və qaraciyər pozğunluqları

Kafein sitrat böyrək və ya qaraciyər funksiyası pozulmuş erkən doğulmuş körpələrdə ehtiyatla tətbiq olunmalıdır. Bu populyasiyada toksikliyin qarşısını almaq üçün kafeinin plazmada konsentrasiyasının monitorinqi əsasında dozalar tənzimlənməlidir.

Nekrotik enterokolit

Nekrotik enterokolit erkən doğulmuş körpələrdə xəstələnmə və ölüm hallarının ümumi səbəbidir. Metilksantinlərin istifadəsi ilə nekrotik enterokolitin inkişafı arasında mümkün əlaqəyə dair məlumatlar var. Bununla birlikdə, kafein və ya digər metilksantin istifadəsi ilə nekrotik enterokolit arasında səbəb nəticə əlaqəsi qiymətləndirilməyib. Bütün erkən doğulmuş körpələrdə olduğu kimi, kafein sitratla müalicə olunan körpələrə də nekrotik enterokolitin inkişafı üçün diqqətlə nəzarət edilməlidir.

Kafein sitrat, qastroezofageal refluks xəstəliyi olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır.

Kafein sitrat, metabolizmdə ümumi bir artıma səbəb olur və bu da müalicə zamanı daha çox enerji və qidalanma tələbatı ilə nəticələnə bilər.

Kafein sitratın yaratdığı diurez və elektrolit itkisi maye və elektrolit pozğunluqlarının düzəldilməsini tələb edə bilər.

Əks göstərişlər:

Dərman vasitəsinə və ya onun komponentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq.

Buraxılış forması: 3 ml, məhlul

Aptekdən buraxılma şərti:

Resept əsasında buraxılır.

İstehsalçı: Berko İlaç, Türkiyə

Azərbaycanda rəsmi distribütor: HealPro MMC

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo