FBM gel

Nəmləndirici vaginal gel

40 ml

Tərkibi:

Aloe vera, greypfrut ekstraktı, adaçayı essensial yağları, adaçayı qlikolik ekstraktı, laktik turşusu, bitkihialuron turşusu, polikarbofil, hidroksietilsellüloza, Natrium hidroksid, Natrium dihidroasetat, EDTA dinatrium, imidazolidinil karbamid, su

Farmakoloji xüsusiyyətləri:

FBM Geal-reparativ regenerasiyaedici, iltihabəleyhinə və antiseptik, nəmləndirici təsirlərə malikdir. Tərkibində əsas komponentlərdən  biri olan hialuron turşusu - mukopolisaxarid olub, orqanizmin əksər toxumalarının tərkibinə daxildir. Hialuron turşusu toxumaların tonusunu, trofikasını və elastikliyini təmin edən tərkib hissəsidir. Hialuron turşusu toxumaların re-epitelizasiyası və bərpası prosesslərini sürətləndirir. FBM Gel uşaqlıq yolunun selikli qişasının regenerasiyasını  və uzun müddətli nəmlənəsini təmin edir, endogen hialuron turşusunun funksiyasını yerinə yetirir, toxumaları bakteriya və infeksiyalardan müdafiə edən, təbii baryer rolunu oynayır. Aloe Vera Ekstraktı nəmləndirici xüsusiyyətə malikdir, toxumaların elastikliyini təmin edir; iltihab prosesslərinə təsir göstərir, zədələnmiş toxumaların çapıqlaşmasının qarşısını alır. Aloe Vera Ekstraktı yarasağaldıcı xüsusiyyətə də malikdir. Aloe Vera bitki mənşəli antimikotikdir. Bakteristatik xüsusiyyəti sayəsində isə, orqanizmi bakteriya və virus infeksiyalarından müdafiə edir. Adaçayı essensial yağları  - antibakterial və göbələkəleyhinə təsirlərə malikdir, orqanizmə infeksiyalarla mübarizədə kömək edir.

İstifadəsinə göstərişləri:

  • Vulvovaginitlərin və Kandidaların səbəb olduğu vaginal quruluğun simptomlarını aradan qaldırır.
  • Alt paltarının, tərin və gigiyenik vasitələrin təsirindən yaranan qıcıqlanmanın qarşısını alır.
  • Yanma və qaşınmanı aradan qaldırır.
  • Yağlayıcı təsir göstərərək cinsi əlaqəni asanlaşdırır
  • Bakterial vaginozların və kandidaların səbəbi ilə pozulmuş vaginal PH-nı bərpa edir.

İstifadə qaydası:

Qapağın arxa hissəsini istifadə edərək tubikdə dəlik açın

Aplikatoru tubun vintinə yerləşdirin

Tubu hər iki tərəfdən aplikator tam dolana qədər sıxın

Aplikatoru tübdən çıxardın, vaginaya daxil edin və porşeni sona qədər basın

Aplikatoru çıxardın və atın

Aplikatorlar birdəfəlik istifadə üçün nəzərdə tutulub. Yenisdən istifadə etməyin!!!

Müalicə müddəti 6 gün nəzərdə tutulmuşdur.

Qeyd :

Məhsul vaginal istifadə üçün nəzərdə tutulmuşdur. Udmaq olmaz!!!!!!!

Preparatın hər hansı bir komponentinə qarşı həssaslığınız varsa istifadə etməyin.

Hamiləlikdə və südvermə zamanı istifadə etməzdən öncə həkiminiz ilə məsləhətləşin.

Pediatrik istifadə üçün uyğun deyil.

Dərman deyil. Tibbi vasitədir.

Əks göstərişlər:

Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssazlıq.

Buraxılış forması : 40 ml, №6 aplikator.

İstehsalçı: Biotrading, İtaliya

Azərbaycanda rəsmi distribütor: HealPro MMC

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo