Forscar Sprey

Yara və çapıq izi geli (sprey forması)

100ml

Tərkibi:

Aktiv maddələr: Patentli silikon qarışığı və 5%-li zeytun yağı skvaleni.

Farmakoloji xüsusiyyətləri:

Forscar Sprey yara və çapıq izi geli patentli silikon qarışığı ilə zeytun yağından əldə edilən 5%-li skvalendən hazırlanır. Patentli silikon qarışığı epidermisin ən üst qatı olan buynuz təbəqəsində hidratlaşmanı (nəmlənməni), temperaturu artıraraq yara və çapıq izlərini yumşaldır, hamarlaşdırır və solğunlaşdırır. Forscar geli yara və çapıq nahiyəsində olan qaşınmanı, diskomfortu aradan qaldırır və müşahidə olunan rəng dəyişikliyini azaldır. 5%-li skvalen antioksidant təsir göstərərək yara və çapıq izinin sağalma prosesini təmin edir. Forscar yara və çapıq izi geli dəri üzərində nazik, su keçirməyən elastik təbəqə yaradır. Bu təbəqədən hava epidermisə rahat keçərək dərinin nəfəs almasını təmin edir və  eyni zamanda yaranı bakteriyalardan, fiziki və kimyəvi təsirlərdən qoruyur. Forscar geli elastik təbəqə əmələ gətirmə texnologiyası sayəsində ovuc, dirsək və bədənin tüklü hissələri kimi çətin tətbiq olunan nahiyələrdə əmələ gələn yara və çapıq izlərinin müalicəsində də istifadə olunur. Kliniki cəhətdən təsdiqlənmiş silikon gel texnologiyası və 5%-li zeytun yağı skvaleni kobud yara izlərinin yaranmasının qarşısını alır. Forscar geli hipertrofik, keloid yara və çapıq izlərinin ümumi görünüşünü yaxşılaşdırır. Uşaqların və həssas dərisi olanların istifadəsi üçün uyğundur.

İstifadəsinə göstərişləri:

  • Böyük sahəni əhatə edən yara və çapıq izləri
  • Striyalar
  • Abdominoplastika əməliyyatlardan sonra.
  • Yanıqlar.
  • Hipertrofik və kelloid sonra.

İstifadə qaydası:

Tətbiq ediləcək sahədən təxminən 15 sm aralı məsafədə saxlayın. Gün ərzində iki dəfə olmaqla quru, təmiz, tamamilə qapanmış yara və çapıq üzərini tam örtəcək formada spreyi nazik təbəqə şəklində tətbiq edin. Spreyə toxunma olmadan çox sürətlə quruyur. Gel tam quruduqdan sonra dəri üzərinə kosmetik məhsul, günəş kremi vurula və ya paltarla örtülə bilər. 100 ml-də olan Forscar spreyi 100 sm2 (10sm x 10 sm) ölçüdə olan yara izinə 90 gün ərzində, gündə 2 dəfə istifadə etmək üçün kifayət edir. Daha yaxşı effekt əldə etmək üçün Forscar spreyini 60-90 gün istifadə edin. İstifadədən 90 gün sonra bəzi yara və çapıq izlərində sağalma qismən müşahidə olunarsa, spreydən istifadəni davam etməyiniz tövsiyyə olunur.

Qeyd:

Forscar gelini yeni yaranın sağalmasından və tikişlərin çıxarılmasından dərhal sonra istifadə etmək olar.

Ancaq xaricə istifadə olunur.

Göz, açıq yara, 3-cü dərəcəli yanıqlar və selikli qişalarla təmas etməsindən qorumaq lazımdır. 

Əks göstərişlər:

Tərkibindəki komponentlərin hər hansı birinə qarşı həssaslıq.

Buraxılış forması: 100 ml, sprey

İstehsalçı: Alpaya Dermaceuticals, Türkiyə

Azərbaycanda rəsmi distribütor : HealPro MMC

 

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo