Fol turşusu defisiti
N30
Tərkibi:
Hər 1 tabletdə
Köməkçi maddələr: İnulin, yağ turşularının maqnezium duzları ( Magnesium stearate ), təbii qarışıq meşə meyvə araCalcium-L-Methyfolate( Folic acid(Fol turşusu aktiv forması – 400 mkq) – 450 mkq matizator( Mixed forest fruit flover), Mannitol(Mannitol)
Farmakoloji xüsusiyyətləri:
Magnafolat (L-metilfolat, 5 S metilentetrahidrofolat ) bioloji aktivliyə malik folatdır. L-metilfolat aktiv forma olduğundan hepatositlərdə metabolizmə uğramadan qana biomənimsənilir. Biotransformasiya üçün MTHFR(Metiltetrahidrofolat reduktaza ) fermentinin təsirinə ehtiyac olmadan mənimsənilir.
MTHFR gen polimorfizmi ( homoziqot C677T9 gen ) olan insanlarda sintetik fol turşusundan fərqli olaraq L-metilfolat aktivliyini itirmir, qanda folat səviyyəsini normal saxlayır.
Metionin döngüsündə iştirak edərək qanda homosisteinin miqdarını azaldır və yarana biləcək ürək damar patologiyalarının qarşısını alır.
Maqnafolat- eritropoezi stimullaşdırır , meqaloblastların normal yetişməsi və normoblastların əmələ gəlməsini təmin edir. Amin və nuklein turşularının (o cümlədən metioninin ,serinin,glisinin və histidinin), purinlərin, xolin və primidinlərin sintezində iştirak edir. Hamiləlik zamanı dölü teratogen və zədələyici faktorlardan qoruyur. Plasentanın normal yetişməsi prosesində mühüm rol oynayır .L-metilfolat çatışmazlığı zamanı megaloblast tipli qanyaranma inkişaf edir . Bu da hamilə qadınlarda anadangəlmə döl qüsurlarının inkişafına səbəb ola bilər ( Spina Bifida yaxud sinir borularının qüsuru ,hidrosefaliya, döl eybəcərliyi və s.).
Magnafolat ( L metilfolat ) fol turşusunun aktiv forması və eyni zamanda sublinqval tablet olduğu üçün qana tez mənimsənilir, kliniki nəticənin tez bir zamanda əldə olunmasını təmin edir.
İstifadəsinə göstərişləri:
İstifadə qaydası:
1 tablet gündə 1 dəfə dil altında sormaq tövsiyyə olunur
Dozalanma həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər:
Tabletin tərkibində olan hər hansı bir komponentinə qarşı hiperhəssaslıq
Buraxılış forması: № 60, dil altı sorma tablet
İstehsalçı: Delta Naturel, Türkiyə
Azərbaycanda rəsmi distribütor: HealPro MMC
Sizə geriyə zəng etmək üçün müraciət edin