Varikoz xəstəliklərinin yerli müalicəsi
100ml
Tərkibi:
At şabalıdı ekstraktı (Aesculus Hippocastanum)
Dərman xəşənbülü ekstraktı (Melilotus officinalis)
Virciniya hammamelisi ekstraktı (Hamamelis virginiana leaf extract)
Gülümbahar ekstraktı (Calendula Officinalis flower extract)
Pantenol ( Pantothenic acid)
Köməkçi maddələr: su,qliserin,polisorbat 20, denatur,spirt,karbomer,mentol,etilheksilgliserin,fenoksietanol,trietanolamin.
Farmakoloji xüsusiyyətləri:
At şabalıdı (Aesculus Hippocastanum) ekstraktı triterpen saponinlər və escin maddəsi ilə zəngindir. Ekstrakt angioprotektiv,iltihabəleyhinə və yüngül analgetik təsirlərə malikdir. Farmakoloji təsiri lizosomal enzimlərin konsentrasiyasını azaltmaqla əlaqədar olub mukopolisaxaridlərin kapillyar divarında parçalanmasını azaldır , damar divarının keçiriciliyini azaldaraq aşağı molekulyar proteinlərin, mayenin və elektolitlərin filtrasiyasının qarışını alır.
Dərman xəşənbülü(Melilotus officinalis) ekstraktının tərkibində olan melilotin və kumarin (dikumarol) damar divarının keçiriciliyini azaldır və aşağı molekulyar ağırlıqlı zülalların ,elektrolitlərin və mayenin hüceyrəarası filtrasiyasının qarşısını alır . İltihab prosesini azaldır , venoz axınını normallaşdırır və toxumaların maddələr mübadiləsini təmin edir. Kumarin antikoaqulyant və yüngül fibrinolitik təsirlərə malikdir.
Virciniya hammamelisi ekstraktı (Hamamelis virginiana leaf extract) – flavanoid və taninlərlə
( hammamelitonin və proantasianid) zəngindir. Antioksidant ,iltihabəleyhinə və bürüyücü təsirlərə malikdir. İltihabəleyhinə təsiri bir sıra iltihab mediatorlarını inhibə etməsi ilə əlaqədardır.
Gülümbahar ekstraktı (Calendula) – tərkibi karotin, kumarin, fitonsidlər, kalendulozid, efir yağları, molibden, selen və sinklə zəngindir. Zəngin tərkibi hesabına Kalendula güclü iltihab əleyhinə təsirə malik olduğundan, istər yumşaq toxumalarda, istərsə də selikli qişada tez bir zamanda iltihabi prosesi aradan qaldırır. Tərkibində olan fitonsidlər antibakterial təsir göstərir, kalendulozid zədələnmiş nahiyənin regenerasiyasını təmin edir.
Pantenol (Pantothenic acid) – pantoten turşusunun (vitamin B5) törəməsi olub, dəri və selikli qişanın regenerasiyasını sürətləndirir, kollagen liflərin davamlılığını artırır və iltihab əleyhinə təsir göstərir.
Varikosan damar divarlarının tonusunu artırır və onların yüksəlmiş keçiriciliyini azaldır. Venaətrafı toxumalara iltihab əleyhinə təsir göstərir. Beləliklə, ödəmi aradan qaldırır, venoz çatışmazlığı nəticəsində baş verən müxtəlif ağrılı dəyişikliklər zamanı damarların qidalanmasını yaxşılaşdırır.
İstifadəsinə göstərişləri:
İstifadə qaydası:
Varikosan geli patoloji nahiyəyə gündə 2-3 dəfə çəkməli . Daban nahiyəsindən ürək istiqamətində (yəni aşağıdan yuxarı) ən azı 10 dəqiqə yumşaq bir şəkildə masaj edərək çəkilməsi tövsiyə olunur.
Qeyd :
Dərman vasitəsi deyil. Tibbi vasitədir. Uşaqların əli çatmayan yerdə saxlayın.
Əks göstərişlər:
Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.
Buraxılış forması: Gel, 100 ml
İstehsalçı: Dr.Müller Pharma, Çexiya
Azərbaycanda rəsmi distribütor: HealPro MMC
Sizə geriyə zəng etmək üçün müraciət edin