FBM şam

Antiseptik vaginal şam

N10

Tərkibi:

  • Aloe Vera
  • Adaçayı essensial yağları
  • Çay ağacı yağı
  • Greyfurt toxumu ekstraktı
  • Laktik turşu

Farmakoloji xüsusiyyətləri:

FBM vaginal şamların tərkibindəki komponentlər  bakterial və göbələk mənşəli iltihabi xəstəliklər zamanı (vulvovaginitlər) selikli qişada yaranan quruluq, qaşınma, qızartı kimi əlamətlərin aradan qaldırmağa imkan verir.

FBM vaginal şamların tərkibində olan Aloe Vera  polisaxaridləri epidermisin nəmliyini qoruyur, yumşaldır, regenerasiya edir. Aloe Vera birləşdirici toxumanın hüceyrələrini aktivləşdirərək histamin və leykotriyenlər kimi iltihab markerlərinin sintezini artırır.

FBM vaginal şamların tərkibindəki Adaçayı essensial yağları antiseptik, bakterisid, sağaldıcı, tonuslandırıcı və immunomodulyativ effektlərə malikdir.

Çay ağacı yağınin elmi cəhətdən təsdiqlənmiş antibakterial, virusəleyhinə və antifunqal təsirləri vardır. Antibakterial effekti Çay ağacı yağının tərkibindəki sineol və terpinenlər təmin edir.

FBM vaginal şamların tərkibindəki Greyfurt toxumu ekstraktı mikrorqanizmlərə, viruslara və göbələklərə qarşı aktivdir, eyni zamanda saprofit mikrofloraya təsir etmir, orqanizmin təbii müdafiə sistemini aktivləşdirir.

Laktik turşunun sayının azalması vaginal mikrofloranın patogen və şərti-patogen floranın sayının artmasına gətirib çıxarır. FBM vaginal şamların tərkibində olan Laktik turşu vaginal mikrobiosenozun fizioloji pH mühitinin səviyyəsinin saxlanmasında əsas rol oynayır.

İstifadəsinə göstərişləri:

  • Bakterial və göbələk mənşəli uşaqlıq yolunun selikli qişasının iltihabi xəstəlikləri
  • Müxtəlif etiologiyalı vaginal quruluq
  • Doğuşdan sonra doğuş yollarının bərpası
  • Şüa terapiyasından sonra uşaqlıq yollarının bərpası
  • Atrofik kolpit zamanı qeyri-hormonal müalicə məqsədilə
  • Ginekoloji əməliyyatlardan sonra bərpa dövrü və eroziyaların müalicəsi

İstifadə qaydası:

Menstrual sikldən sonra gün ərzində 1 şam olmaqla axşamlar 10 gün müddətində uşaqlıq yoluna yeridilir.

İstifadə müddəti:

Müalicə müddəti 10 gün

Buraxılış forması: Şam №10 hər biri 2 qr

İstehsalçı: Biotrading, İtaliya

Azərbaycanda rəsmi distribütor: HealPro MMC

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo