Alistamin sirop

Allergiya əleyhinə

150 ml

Tərkibi:

Hər 5ml şərbətdə  2.5 mg dezloratadin vardır. Köməkçi maddələr: Propilenqlikol, sorbitol 70% (E420), sitrik monohidrat turşusu, natrium sitrat, natrium benzoat (E211), natrium edetat, sukroz, çiyələk aromatizatoru, sunset sarısı FCF, natrium hidroksid və deionlaşdırılmış su.

Farmakoloji xüsusiyyətləri:

Alistamin qeyri sedativ, üçsiklik, uzun müddətli təsirə malik olan antihistamin preparatdır. Periferik H1-histamin reseptorlarına selektiv antaqonist  təsir göstərərək histaminin tosqun hüceyrələrdən azad olunmasını inhibə edir. Mövsümi rinoreya və çoxillik rinitlər zamanı asqırma, rinoreya, burunda qıcıqlanma, damaqda gicişmə, gözün qaşınması və qızarması, gözyaşarma kimi simptomlarda dezloratadin effektiv təsir göstərir. Birinci qəbuldan sonra 24 saat ərzində simptomlara ciddi nəzarət olunur

İstifadəsinə göstərişləri:

  • Allergik reaksiyaların və onun simptomlarının müalicəsi
  • Allergik rinitlə bağlı olan simptomların ( burundan selik ifrazı, burun tutulması, qıcıqlanması, asqırma, burun axması və qaşınması, damaq qaşınması (qıcıqlanması), gözlərin qaşınması (qıcıqlanması), sulanması və qızarması) müalicəsində
  • Xronik idiopatik övrənin simptomatik (dəri qaşınması və səpgi) müalicəsi.

İstifadə qaydası:

6 ay-1 yaş arası uşaqlarda 2 ml gündə 1 dəfə

1-5 yaş arası uşaqlarda 2,5ml (5 ml-lik qaşığın ½-i) gündə 1 dəfə

6-11 yaş arası uşaqlarda 5ml (5 ml-lik 1 qaşıq) gündə 1 dəfə

12 yaşdan yuxarı yeniyetmələrdə və böyüklərdə 10 ml  (5 ml-lik qaşıq) gündə 1 dəfə

Müalicə müddəti və qəbulun davamlılığı xəstəliyin xarakteri ilə müəyyənləşdirilir

Alistamini ac və ya tox qarına qəbul edə bilərsiniz.

Siropu qəbul etdikdən sonra bir qədər su içmək lazımdır.

Alistamini qida ilə və ya tək qəbul edə bilərsiniz.

Əks göstərişlər:

Dezloratadinə, loratadinə və preparatın tərkibində olan hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslıq

6 aya qədər uşaqlarda istifadəsi

Qeyd:

Ağır böyrək çatışmazlığı və şəkərli diabeti olan xəstələrdə ehtiyatla təyin olunmalıdır. Başqa dərman vasitələri ilə birgə istifadəsi zamanı klinik cəhətdən əhəmiyyətli qarşılıqlı təsir baş verməmişdir. İstifadə etdiyiniz dərman vasitəsi varsa bu barədə həkiminizi məlumatlandırın. Hamiləlik və laktasiya dövründə Alistamin preparatını qəbul etmək olmaz. Müalicə müddəti ərzində hamilə olduğunuz aşkarlanarsa dərhal həkiminiz ilə məsləhətləşin. Alistamin 6-cı aydan etibarən istifadə oluna bilər.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Uyğun görülən dozada qəbulu zaman yuxululuq və diqqətin azalması halı yaranmır. Alistaminin qəbulu zamanı bəzən yuxululuq halı müşahidə oluna bilər. Bu halda nəqliyyat vasitəsi istifadə olunması məsləhət görülmür.

Buraxılış forması: 150 ml, şərbət

Aptekdən buraxılma şərti: Həkim resepti ilə

İstehsalçı: Berko İlaç, Türkiyə

Azərbaycanda rəsmi distribütor: HealPro MMC

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo