Memethol

Babasil spreyi

10ml

Tərkibi:

(1R,2S,5R)-2-izopropil-5-metilsikloheksanol, natrium hidrokarbonat, 7(dimetilamino) fenotiazin-3 ilidin-dimetilazonium; xlorid, 1,2-propandiol, deionlaşdırılmış su.

Farmakoloji xüsusiyyətləri:

Memethol sprey tərkibindəki  (1R,2S,5R)-2-izopropil-5-metilsikloheksanol sayəsində yerli qan dövranını sürətləndirərək trombu kiçildir, nəticədə düyünün içərisində yerləşən və sinir uclarına təzyiq göstərərək yaranan ağrı simptomunu aradan qaldırır.Yaratdığı soyuqluq-yanma hissi qaşınmanı aradan qaldırır. Memethol spreyintərkibindəki 1,2-propandiol dərinin ən üst qatında mexaniki baryer əmələ gətirərək epidermisdə qalır və zədələnmiş anal bölgəni mikroblardan qoruyur. Müalicə müddəti ərzində babasil düyünlərini kiçildir. Məhsulun ph-ı anal nahiyənin mühitinə uyğundur, buna görə istifadəsi zamanı dəridə heç bir qıcıqlanma yaratmır.

İstifadəsinə göstərişləri:

Babasil və anal çatı xəstəliklərinin müalicəsində.

İstifadə qaydası:

Yatmazdan 1-2 saat əvvəl istifadə olunması tövsiyə olunur.

  • Spreyi istifadə etməzdən əvvəl babasil olan nahiyə yuyulmalı və qurulanmalıdır.
  • Memethol sprey istifadə etməzdən öncə çalxalanmalıdır.
  • Preparatı tam olaraq babasil olan nahiyəyə vurmaq üçün uyğun duruş vəziyyəti alınmalıdır.
  • Memethol spreyin ucluğu yuxarı qaldırılaraq anal nahiyəyə 8 dəfə püskürtülməlidir. Genital bölgəyə təmas etməsinin qarşısı alınmalıdır.
  • Spreyi vurduqdan sonra axmaması üçün 1-2 dəqiqə müddətində olduğu vəziyyətdə gözləmək lazımdır.

Qeyd:

Memethol spreyi istifadə etməyə başlamazdan 24 saat əvvəl tətbiq olunan digər vasitələr varsa istifadəsi dərhal dayandırılmalıdır. Müalicə müddəti ərzində anal nahiyəyə başqa bir məhsul tətbiq olunmamalıdır. Memethol spreyin istifadəsindən sonra yaranan soyuqluq hissi yanma hissi kimi xarakterizə olunur və tam normal hal hesab edilir. Yanma hissi individual olaraq 30 dəqiqədən başlayaraq 4-5 saata qədər davam edə bilər. Şikayətlərin azalmasına baxmayaraq müalicənin tamamlanması və nəticənin qalıcı olması üçün flakon bitənə qədər fasiləsiz olaraq istifadə olunmalıdır.

Dozalanması:

Gün ərzində 1 dəfə 8 püskürtmə babasil və anal çat olan nahiyəyə xaricdən tətbiq olunmalıdır.

1-ci və 2-ci dərəcəli babasil xəstələrinin müalicəsi üçün 1 flakon Memethol sprey kifayət edir. 3-cü və 4-cü dərəcəli babasil və anal çatı olan xəstələr 2 flakon Memethol sprey istifadə etməlidir (2 flakon istifadəsi arasında fasilə olmamalıdır). Spreyin istifadəsi bitdikdən sonra sağalmanın müşahidə olunması üçün 20-30 gün gözləmək lazımdır. Sağalma üçün tələb olunan vaxt keçdikdən sonra ehtiyac olarsa 1 flakon daha istifadə oluna bilər.

Qeyd:

Memethol sprey yalnız babasil və anal çatın müalicəsində istifadə oluna bilər. Rektal prolaps, anal damarların varikoz genişlənməsi və digər xəstəliklərdə istifadə olunması məsləhət görülmür. Anorektal absesi olan xəstələrdə ağrının aradan qaldırılması müşahidə olunmaya bilər.

Əks göstərişlər:

  • Hamiləlik və laktasiya dövrü.
  • 15 yaşdan kiçik uşaqlar.
  • Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı hiperhəssaslıq.

Buraxılış forması: Sprey, 10 ml

İstehsalçı: Almediko, Türkiyə

Azərbaycanda rəsmi distribütor: HealPro MMC

 



Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo