Forscar gel

Yara və çapıq izi geli 

10ml, 20ml

Tərkibi:

Aktiv maddələr: Patentli silikon qarışığı və 5%-li zeytun yağı skvaleni.

Farmakoloji xüsusiyyətləri:

Forscar yara və çapıq izi geli patentli silikon qarışığı ilə zeytun yağından əldə edilən 5%-li skvalendən hazırlanır. Patentli silikon qarışığı epidermisin ən üst qatı olan buynuz təbəqəsində hidratlaşmanı (nəmlənməni), temperaturu artıraraq yara və çapıq izlərini yumşaldır, hamarlaşdırır və solğunlaşdırır. Forscar geli yara və çapıq nahiyəsində olan qaşınmanı, diskomfortu aradan qaldırır və müşahidə olunan rəng dəyişikliyini azaldır. 5%-li skvalen antioksidant təsir göstərərək yara və çapıq izinin sağalma prosesini təmin edir. Forscar yara və çapıq izi geli dəri üzərində nazik, su keçirməyən elastik təbəqə yaradır. Bu təbəqədən hava epidermisə rahat keçərək dərinin nəfəs almasını təmin edir və eyni zamanda yaranı bakteriyalardan, fiziki və kimyəvi təsirlərdən qoruyur. Forscar geli elastik təbəqə əmələ gətirmə texnologiyası sayəsində ovuc, dirsək və bədənin tüklü hissələri kimi çətin tətbiq olunan nahiyələrdə əmələ gələn yara və çapıq izlərinin müalicəsində də istifadə olunur. Kliniki cəhətdən təsdiqlənmiş silikon gel texnologiyası və 5%-li zeytun yağı skvaleni kobud yara izlərinin yaranmasının qarşısını alır. Forscar geli hipertrofik, keloid yara və çapıq izlərinin ümumi görünüşünü yaxşılaşdırır. Uşaqların və həssas dərisi olanların istifadəsi üçün uyğundur.

İstifadəsinə göstərişləri:

  • Cərrahi əməliyyatlar,
  • Keysəriyyə kəsiyi əməliyyatı,
  • 1-ci və 2-ci dərəcəli yanıqlar,
  • Travmalar,
  • Sızanaqlar (aknelər),
  • Həşərat dişləmələri,
  • Dəri zədələnmələrindən (su çiçəyi, tatu, pirsinq və s.)
  • Sonra yaranmış yeni və köhnə yara və çapıq izlərinin müalicəsində istifadə olunur.

İstifadə qaydası:

Forscar gelinin tətbiq olunacağı yara və çapıq nahiyəsi təmiz yuyulmalı və qurudulmalıdır. Sonra geli həmin nahiyəyə çox nazik təbəqə şəklində çəkərək quruması üçün 3-5 dəqiqə gözləmək lazımdır. Əgər 5 dəqiqə müddətində qurumazsa, dəri üzərində artıq miqdarda qalan geli silmək və quruması üçün təkrar gözləmək lazımdır. Gel tam quruduqdan sonra dəri üzərinə kosmetik məhsul, günəş kremi vurula və ya paltarla örtülə bilər. Gün ərzində 2 dəfə qeyd olunan qaydada istifadə olunmalıdır.

Maksimum effekt üçün dəridə 24 saat qalmalıdır. Su ilə təmas etdikdən sonra yara və çapıq izi olan nahiyəyə yenidən gel çəkilməlidir.

İlkin nəticə 2-6 həftə ərzində görünür. Daha yaxşı effekt əldə etmək üçün Forscar gelini 60-90 gün ərzində istifadə etmək  tövsiyyə olunur.

Qeyd:

1. Forscar gelini yeni yaranın sağalmasından və tikişlərin çıxarılmasından dərhal sonra istifadə etmək olar.

2. 10 ml tubda olan silikon gel 5-7 sm, 20 ml tubda olan silikon gel 10-15 sm ölçüdə olan yara izinə 90 gün ərzində, gündə 2 dəfə istifadə etmək üçün kifayət edir.

3.Ancaq xaricə istifadə olunur.

Göz, açıq yara, 3-cü dərəcəli yanıqlar və selikli qişalarla təmas etməsindən qorumaq lazımdır.

Əks göstərişlər:

Tərkibindəki komponentlərin hər hansı birinə qarşı həssaslıq.

Buraxılış forması: Gel 10 ml, 20 ml tubda.

İstehsalçı: Alpaya Dermaceuticals, Türkiyə

Azərbaycanda rəsmi distribütor : HealPro MMC

Bizimlə işləmək istəyirsiniz?

Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində sizə zəng edəcəyik


client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo