Magnafolat

 

 Fol turşusu defisiti və profilaktikasında

 

Tərkibi:

Hər 1 tabletdə Calcium-L-Methyfolate( Folic acid(Fol turşusu aktiv forması ) -400 mkq)-450 mkq. Köməkçi maddələr: İnulin,Silikon dioksid (Silicon dioxide (E551)),yağ turşularının maqnezium duzları ( Magnesium stearate(E 470b)),Təbii qarışıq meşə meyvə aramatizator( Mixed forest fruit flover), Mannitol(Mannitol)

L-metilfolat   B9 vitaminin aktiv formasıdır və metilentetrahidrofolatreduktaza( MTHFR)  fermentinin təsirinə ehtiyac qalmadan qana keçir. Metiltetrahidrofolatreduktaza (MTHFR) fermentinin  gen polimorfizmində belə öz aktivliyini itirmir. Həmçinin Magnafolat  ( L- metilfolat) sublinqval tabletlər şəklində oldugunda biomenimsənilməsi yuksəkdir. Meqaloblastların normal yetişməsi və normoblastların əmələ gəlməsi üçün zəruridir. Eritropoezi stimullaşdırır ,amin turşularının( o cümlədən metioninin ,serinin,glisinin və histidinin),nuklein turşularının , purinlərin, xolin və  primidinlərin sintezində iştirak edir.Hamiləlik zamanı teratogen və zədələyici faktorlara münasibətdə dölü müdafiəedici təsir göstərir. Bundan başqa,plasentanın normal yetişməsi prosesində mühüm rol oynayır .Fol turşusunun çatışmazlığı zamanı megaloblast tipli qanyaranma inkişaf edir ,hamilə qadınlarda bu , döldə anadangəlmə qüsurların inkişafına səbəb  ola bilər (sinir borularının qüsuru ,hidrosefaliya və s.) .

Magnafolat  ( L metilfolat  ) B9 vitaminin  aktiv forması olduğundan və eyni zamanda suqlinval tablet olub qana tez sorulur ,və kliniki nəticənin tez bir zamanda əldə olunmasını təmin edir.

İstifadəsinə göstərişlər:

  • Fol turşusunun defisiti və profilaktikası
  • Fol turşusunun defisitinə bağlı anemiyalar
  • Hamiləliyə hazırlıq dövrü, hamiləlik və laktasiya dövrü
  • Hamiləliyin birinci trimestrində dölün sinir borusunun inkişaf qüsurlarının profilaktikası məqsıdi ilə

İstifadə qaydası:

Böyüklərə 1 tablet gündə 1 dəfə dil altında sormaq tövsiyı olunur

 

Bizimlə işləmək istəyirsiniz?

o zaman Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində Sizə zəng edəcəyik
client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo