Varikosan

 

Varikoz xəstəliklərinin kompleks müalicəsində və profilaktikasında

 

Tərkibi:

At şabalıdı ekstraktı (Aesculus Hippocastanum)

Dərman xəşənbülü ekstraktı (Melilotus officinalis)

Hammamelis Virginiana ekstraktı (Hamamelis virginiana leaf extract)

Gülümbahar ekstraktı (Calendula Officinalis flower extract)

Pantenol ( Pantothenic acid)

Köməkçi maddələr: su, qliserin, polisorbat 20, denatur, spirt, karbomer, mentol, etilheksilgliserin, fenoksietanol, trietanolamin

At şabalıdı (Aesculus Hippocastanum) ekstraktı triterpen saponinlər və esçin maddəsi ilə zəngindir. Ekstrakt angioprotektiv, iltihabəleyhinə və  yüngül analgetik təsirlərə malikdir. Farmakoloji təsiri lizosomal enzimlərin konsentrasiyasını azaltmaqla əlaqədardır, beləliklə  mukopolisaxaridlərin kapillyar divarında parçalanmasını azaldır, damar divarının keçiriciliyini azaldaraq  aşağı molekulyar proteinlərin, mayenin və elektolitlərin filtrasiyasının qarışını alır.

Dərman xəşənbülü(Melilotus officinalis)  ekstraktının tərkibində olan melilotin və kumarin (dikumarol) damar divarının keçiriciliyini azaldır və bununlada aşağı molekulyar ağırlıqlı zülalların ,elektrolitlərin və mayenin hüceyrəarası filtrasiyasının qarşısını alır . İltihabi prosessini azaldır , venoz axınını  normallaşdırır və toxumaların maddə mübadiləsini təmin edir. Kumarin antikoaqulyant və yüngül  fibrinolitik təsirlərə malikdir.

Hammamelis Virginiana ekstraktı (Hamamelis virginiana leaf extract) – flavanoid və taninlərlə ( hammamelitonin və proantasianid) zəngindir. Antioksidant ,iltihabəleyhinə və bürüyücü təsirlərə malikdir. İltihabəleyhinə təsiri  bir sıra iltihab mediatorlarını inhibə etməsi ilə əlaqədardır.

Gülümbahar ekstraktı (Calendula) – tərkibi karotin, kumarinlər, fitonsidlər, kalendulozid, efir yağları, molibden, selen və sinklə zəngindir. Zəngin tərkibi hesabına Kalendula güclü iltihab əleyhinə təsirə malik olduğundan, istər yumşaq toxumalarda, istərsə də selikli qişada tez bir zamanda iltihabi prosesi aradan götürür. Tərkibində olan fitonsidlər antibakterial təsir göstərir, kalendulozid zədələnmiş nahiyənin regenerasiyasını təmin edir.

Pantenol (Pantothenic acid) – pantoten turşusunun (vitamin B5) törəməsi olub, dəri və selikli qişanın regenerasiyasını sürətləndirir,  kollagen liflərin davamlılığını artırır və  iltihab əleyhinə təsir göstərir.

Varikosan damar divarlarının tonusunu artırır və onların yüksəlmiş keçiriciliyini azaldır. Venaətrafı toxumalara iltihab əleyhinə təsir göstərir. Beləliklə, ödəmi aradan qaldırır, venoz çatışmazlığı nəticəsində baş verən müxtəlif ağrılı dəyişikliklər zamanı profilaktikdə istifadə oluna bilər.

 

İstifadəsinə göstərişlər:

 

  • Aşağı ətrafların xroniki venoz çatışmazlığı (varikoz genişlənmələr, tromboflebit)
  • Aşağı ətraflarda ağırlıq, ağrılar, gecə qıcolmaları, trofik pozğunluq
  • Aşağı ətrafların kəskin venoz çatışmazlığı zamanı aparılan cərrahi əməliyyatdan sonrakı dövrdə
  • Hamilələrdə aşağı ətrafların venoz çatışmazlığı
  • Varikosel
  • Diabetik mikroangiopatiya

 

İstifadə qaydası:

 

 Varikosan geli patoloji nahiyəyə gündə 2-3 dəfə çəkməli, daban nahiyəsindən ürək istiqamətində (yəni aşağıdan yuxarı) ən azı 10 dəqiqə yumşaq bir şəkildə masaj edərək çəkilməsi tövsiyə olunur.

 

Qeyd : Dərman vasitəsi deyil. Tibbi vasitədir.Uşaqların əli çatmayan yerdə saxlayın.

 

Bizimlə işləmək istəyirsiniz?

o zaman Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində Sizə zəng edəcəyik
client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo