Memethol - Babasil və anal çatın müalicəsi üçün sprey

   Memethol®

     Babasil və anal çat simptomlarının müalicəsi üçün

 

Tərkibi:

(1R,2S,5R)-2-izopropil-5-metilsikloheksanol, natrium hidrokarbonat, 7(dimetilamino) fenotiazin-3 ilidin-dimetilazonium; xlorid, 1,2-propandiol, deionlaşdırılmış su.

Memethol sprey tərkibindəki  (1R,2S,5R)-2-izopropil-5-metilsikloheksanol sayəsində yerli qan dövranını sürətləndirərək trombu kiçildir, nəticədə düyünün içərisində yerləşən və sinir uclarına təzyiq göstərərək yaranan ağrı simptomunu aradan qaldırır.Yaratdığı soyuqluq-yanma hissi qaşınmanı aradan qaldırır. Memethol spreyin tərkibindəki 1,2-propandiol dərinin ən üst qatında mexaniki baryer əmələ gətirərək epidermisdə qalır və zədələnmiş anal bölgəni mikroblardan qoruyur. Müalicə müddəti ərzində babasil düyünlərini kiçildir.Məhsulun ph-ı anal nahiyənin mühitinə uyğundur, buna görə istifadəsi zamanı dəridə heç bir qıcıqlanma yaratmır.

İstifadəsinə göstərişlər:

Babasil və anal çatı xəstəliklərinin müalicəsində.

İstifadə qaydası:

Gün ərzində 1 dəfə 8 püskürtmə babasil və anal çat olan nahiyəyə xaricdən tətbiq olunmalıdır.

1-ci və 2-ci dərəcəli babasil xətlərinin müalicəsi üçün 1 flakon Memethol sprey kifayət edir. 3-cü və 4-cü dərəcəli babasil və anal çatı olan xəstələr 2 flakon Memethol sprey istifadə etməlidir (2 flakon istifadəsi arasında fasilə olmamalıdır). Spreyin istifadəsi bitdikdən sonra sağalmanın müşahidə olunması üçün 20-30 gün gözləmək lazımdır. Sağalma üçün tələb olunan vaxt keçdikdən sonra ehtiyyac olarsa 1 flakon daha istifadə oluna bilər.

Yatmazdan 1-2 saat əvvəl istifadə olunması tövsiyə olunur.

  • İstifadə etməzdən əvvəl babasil olan nahiyə yuylmalı və qurulanmalıdır.
  • Məhsul qutudan çıxarılmalı və istifadə etməzdən öncə çalxalanmalıdır.
  • Spreyi tam olaraq babasil olan nahiyəyə vurmaq üçün uyğun duruş vəziyyəti alınmalıdır.
  • Spreyin ucluğu yuxarı qaldırılaraq babasil olan nahiyəyə 8 dəfə püskürtülməlidir.Genital bölgəyə təmas etməsinin qarşısı alınmalıdır.
  • Spreyi vurduqdan sonra axmaması üçün 1-2 dəqiqə müddətində olduğu vəziyyətdə gözləmək lazımdır.

Qeyd: Memethol spreyi istifadə etməyə başlamazdan 24 saat əvvəl tətbiq olunan digər vasitələr varsa istifadəsi dəehal dayandırılmalıdır. Müalicə müddəti ərzində anal nahiyəyə başqa bir məhsul tətbiq olunmamalıdır. Memethol spreyin istifadəsindən sonra yaranan soyuqluq hissi yanma hissi kimi xarakterizə olunur və tam normal hal hesab edilir. Yanma hissi individual olaraq 30 dəqiqədən başlayaraq 4-5 saata qədər davam edə bilər. Şikayətlərin azalmasına baxmayaraq müalicənin tamamlanması və nəticənin qalıcı olması üçün flakon bitənə qədər fasiləsiz olaraq istifadə olunmalıdır. 

MemeThol Baryer spreyi anal nahiyyəyə xaricdən tətbiq olunaraq babasilin və anal çatın müalicəsində istifadə olunan Tibbi vasitədir.

MemeThol Baryer spreyi, babasil və anal çat xəstələrinin şikayətlərini azaltmaq və aradan qaldırmaq üçün istifadə olunur. Memethol spreyi ilk istifadədən etibarən babasildən qaynaqlanan ağrı və qaşınmanı aradan qaldırır. Babasil düyünlərini gündən-günə kiçildir və qanaxmanı dayandırır.

Hacettepe Universiteti tərəfindən hazırlanmış və effektivliyi tam təsdiq olunmuş yeni formul- Memethol spreyi ilə əməliyyat göstərişi mümkün olmayan və əməliyyat olunmaq istəməyən xəstələrdə babasil və anal çat xəstəliklərini müalicə etmək mümkündür.

 

 

Daha ətraflı məlumat üçün: www.memethol-az.com


Bizimlə işləmək istəyirsiniz?

o zaman Sizə geriyə zəng etmək üçün müraciət edin

Ən qısa zaman ərzində Sizə zəng edəcəyik
client-logo client-logo client-logo client-logo client-logo client-logo client-logo